Moderator.az-a bu barədə “Neftçilər” metrosu ətrafında yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, bazarın meyvə satılan hissəsinin girişində alverlə məsğul olan bu şəxslər satdıqları malın qiymətini nisbətən aşağı salmaqla müştəri toplayır, sonra öz fırıldaqlarını həyata keçirmək üçün hərəkətə keçirlər.
Onlar müştəriyə iri pulları (20, 50, 100 manatlıqları) xırdalamğı təklif edir, razılaşanlara iri pulun əvəzində xeyli bir manatlıqlar verirlər. Onlara inanan və yaxud manatlıqları saymağa səbri çatmayan adam onların kələyinə düşür. Bir-iki, hətta bəzən 3-4 manat kəm verilir.
Moderator.az -a müraciət edən vətəndaşlar ümidlidirlər ki, bu işbazların, daha doğrusu, dələduzların bazarının bağlanması üçün Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görərək günahkarları cəzalandıracaq.






























































































