Zaur Əliyev: “ANS Çingizlə yaşadı, Çingizsiz məhv oldu”

Zaur Əliyev: “ANS Çingizlə yaşadı, Çingizsiz məhv oldu”

Hazırda oxunan: Zaur Əliyev: “ANS Çingizlə yaşadı, Çingizsiz məhv oldu”

44365
Moderator.az-ın poçtuna siyasi elmlər üzrə fəlsəfə doktoru, Qarabağ döyüşlərinin iştirakçısı Zaur Əliyevdən bir məktub daxil olub, onu olduğu kimi oxuculara təqdim edirik:

"Deputat Etibar Hüseynovdan sonra da Kəlbəcərin işğal günü efirdə “bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu” sözlərin efirə verən və Qarabağ döyüşlərində cəsurluğu ilə hər bir kəsin ürəyinə öz adını yazdıran Milli Qəhraman Çingiz Mustafayevin yadigarı olan ANS TV-nin məqsədinin nə olduğun anlamaqda çətinlik çəkirəm. Burada ağlıma ilk gələn də kanalın hakmiyyətə qarşı qarabağlıları ayağa qaldırmaq istəyindən başqa heç bir fikir gəlmir. "Döyüş alnımıza yazılıb" deyərək döyüşlərdə can qoyan, lakin məcburən geri çəkdirilən
Qarabağalılardan nə istəyir ANS kanalı? Hər bir regiona hörmətlə yanaşmaq lazımdır. Hər bir insanın şəxsiyyətinə hörmətlə yanaşmaq lazımdır. Bəzi mətbuat orqanları "azad söz" prinsipini şüar edərək cəmiyyəti təhqir etməkdən, onları aşağılamaqdan həzz alırlar. Yaxşı ki, dünyada toxunulmaz "azad cərrah" və "azad qəssab" prinsipi yoxdur...
Sizin efirdə gedən verilişlərdən sonra Bakıda məcburi köçkünlərə qarşı virtual dünyada və real həyatda necə münasibətlər göstərilməsindən xəbəriniz varmı ANS-çilər?
Bunu jurnalist olaraq sizlər yaxşı bilməlisiniz ki, heç kim, heç vaxt, öz ata-baba yurdundan qaçmaq istəməz. Vətən şirindir, hamı üçün. Vətən deyərkən Azərbaycanımızı nəzərdə tuturam. Qaldığımız yer isə Yurddur. Qaçqın və məcburi köçkünlərin də əvvəllər yaşadıqları yerlər onların yurdlarıdır, amma indi yaşadıqları yerlər isə onların vətənlərinin bir hissəsidir. Yəni hər bir azərbaycanlı vətəninin istənilən yerində yaşaya bilər. Ona görədə heç kimi qaçıb gəlib buralarda yaşadığına görə qınamaq olmaz. Vətən hamımızındır...
Bizim vətənimiz Azərbaycanda bu gündə olmağımızın səbəbi bax belə yanaşmalar, belə siyasət və belə xəbərlərdir. Hamı bir-birini qınayır, qoyub qaçdılar deyir. Ölürük günahkar tapmaqçün. Elə bil Kəlbəcər kəlbəcərlilərin adına yazılıb. Azərbaycan hamımızındır. İşğal olubsa hamımız günahkarıq. Onlar məcburən canlarını götürüb qaçıblar. Vahid, Mirşahin və digərləri siz orda olsaydınız elə etməyəcəkdiniz?
Səbəb nə olur olsun Kəlbəcər Azərbaycandır, Azərbaycanı qorumaq hər birimizin borcudur.
Burada vətəndaş aşağılanırsa, hər birimizə aiddir. ANS düz demir, haqsız deyir, yersiz deyir. Bu kanal məqsədli şəkildə tək kəlbəcərliləri, göçkünləri deyil, millətimizi təhqir edir. Əgər vətənpərvərlik ruhu yaratmaq istəyirsə, bu fikirlər bütün millətə şamil olunmalıdır, tək kəlbəcərlilərə yox.
Bu gün nahaq yerə bizi yardım yeməkdə, torpağımızı geri almamaqda ittiham edən şəxslərə
ayaq verirsiz. Təkrar edirəm, biz qarabağlılara dövlətin tikdiyi evlər, şəhərciklər lazım deyil. Bizə Qarabağ lazımdır. Ağdam lazımdır, Şuşa lazımdır. Bizə verilən yardım da lazım deyil!! Biz vətənimizi tələb edirik. Bu gün hər bir Qarabağlının ürəyindəki budur. Torpağımız uğrunda savaş başlasın, geri alıb, Yurdumuza dönmək istəyirik. Biz Xocalı, Qaradağlı soyqrımların yaşayan, erməni raket zərbələri altında böyümüşük. Uşaqlığımız və yeniyetməliyimiz top və güllə səsləri altında keçib. Hər gün tanıdğımız bir qarabağlının düşmən gülləsinə tuş gəlməsi xəbəri ilə səhərimizi açmışıq. Qorxmamışıq, geri çəkilməmişik. Ağdamda 6 min şəhid veriləndə iki qat erməni qanın almışıq. Nə edək! Siyasətin qurbanı bizlər olduq. Adımız da məcburi köçkün əlavə edildi. Bizim dərdimiz böyükdür. ANS rəhbərliyinə səslənirəm, bir kanal olaraq dərdimizin üstünə dərd gətirməyin. Çingiz Mustafeyevin ruhuna hörmət edin. Amma bir sözü deməyi özümə borc bilirəm. ANS Çingizlə var oldu, Çingizsiz məhv oldu. Öz ayıblarınızı görmürsünüz, heç olmasa efirdən insanlara ağıl öyrətməyin”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO