Ağasif Şakiroğlu Ukraynada Şeyxülislamla görüşdü

Ağasif Şakiroğlu Ukraynada Şeyxülislamla görüşdü

Hazırda oxunan: Ağasif Şakiroğlu Ukraynada Şeyxülislamla görüşdü

43362
Moderator.az xəbər verir ki, Ukraynada rəsmi səfərdə olan Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Kiyevdə bir sıra rəsmi şəxslər və siyasi dairələrin nümayəndələri ilə görüşlərini davam etdirir.
17 mart tarixindən etibarən başlanan görüşlərdə Ağasif Şakiroğlu Kiyevdə Ukrayna Millətçiləri Kongresinin (UMK) lideri Stepan Bratsiun ilə, həmçinin Ukraynanın “Barkivşina", UDAR və “Svoboda” partiyalarının rəsmilərilə, eyni zamanda Ukrayna Müsəlmanları Ruhani İdarəsinin Sədri Şeyxulislam Ahmad Təmim ilə görüşüb. 
Görüş zamanı Ukraynadakı siyasi vəziyyət, Rusiyanın Ukraynaya hərbi aqressiyası və Krımda separatizmin vüsət alması prosesi barədə fikir mübadiləsi aparılıb. 
GAP sədri Ağasif Şakiroğlu qeyd edib ki, Ukraynanın hazırda üz-üzə qaldığı problemi Azərbaycan dövləti və xalqı 1990-cı illərin əvvəllərində yaşayıb. GAP sədri Ukraynanıın ərazi bütövlüyünün və Ukrayna xaqlının yanında olduqlarını bəyan edib.
Qeyd edək ki, GAP sədri Ağasif Şakiroğlu Ukrayna müvəqqəti höküməti tərəfindən Ukraynaya dəvət əsasında səfərdədir, qarşıdakı günlərdə isə onun Ukraynanın keçmiş prezidentləri ilə görüşəcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO