PKK-çı lider Ərdoğan-Gülən qovqasından məmnundur

PKK-çı lider Ərdoğan-Gülən qovqasından məmnundur

Hazırda oxunan: PKK-çı lider Ərdoğan-Gülən qovqasından məmnundur

40935
PKK-nın dağ heyətinin idarəçilərindən olan Cəmil Bayık 17 dekabr əməliyyatı barədə danışaraq bir sıra açıqlamalar verib.

"Vatan" qəzetinə danışan Bayık Gülən camaatının arxasında Amerikanın olduğunu iddia edərək deyib: "Hədəf Ərdoğandan xilas olmaqdır".

C.Bayık deyib ki, ABŞ bu layihəni camaatla reallaşdırmaq istəyir: "Amerika camaat ilə işaparır. Haradan vurdular ? Korrupsiyadan vurdular. Can damarından vurdular. Çünki AKP cəmiyyətə özünü həmişə korrupsiyaya qarşı mübarizə edən bir güc kimi göstərmişdir və elə bir hiss meydana gətirmişdir. Korrupsiya yoxmu? Var. Rüşvət yoxmu ? Var. Əgər olmasaydı oradan vura bilməzdilər". 

PKK-çı lideri bildirib ki, onlar nə AKP-nin, nə Gülənçilərin güclənməsindən yana deyillər.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO