ABŞ nüvə generalını istefaya göndərdi

ABŞ nüvə generalını istefaya göndərdi

Hazırda oxunan: ABŞ nüvə generalını istefaya göndərdi

38772

ABŞ-ın qitələr arası nüvə silah anbarlarından məsul olan general Maykl Kareyin davamlı olaraq sərxoş olduğu üçün istefaya göndərildi

ABŞ generalının sərxoş olduğu müəyyənləşən ən təəccüblü hadisələrdən biri 2013-ci ilin yazında ABŞ hökumət heyətinin Moskvada reallaşdırdığı bir ziyarət əsnasında meydana gəlıb. ABŞ Hava Qüvvələrinin mövzu ilə əlaqədar hazırlanan hesabatında, general Kareyin Moskvadakı danışıqlarda, verilən ziyafətdə və digər proqramlarda həddindən artıq sərxoş olduğu müəyyənləşib.
 
Hesabatda general "bir zabitə və centlmenə yaraşmayan şəkildə mədəniyyətsizcəsinə" olduğu qeyd edilib. Bir başqa hadisədə isə general Kareyin Meksika restoranında musiqiçilərlə birlikdə mahnı oxumaq üçün israr etdiyini, başqa birində isə bir monastıra edilən ziyarətə 45 dəqiqə gec gəldiyi qeyd olunub. Karey haqqında hazırlanan hesabatda 42 səhifədən ibarətdir.
 
Vaşınqton Postun verdiyi məlumata görə General Karey istefaya göndərilməsindən qabaq məsul olduğu nüvə silah anbarında 450 qitələr arası balistik nüvə mərmi vardı. General Karey hərbidən tamamilə uzaqlaştırılmayaraq ABŞ Hava Qüvvələri Kosmos Zabitlər Birliyində komandir köməkçisi vəzifəsinə təyin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO