"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

Hazırda oxunan: "Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

643296

AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimələyib.

Bizim.Media xəbər verir ki, buna komandalar arasında keçirilmiş Misli Premyer Liqasının VIII turunda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün 5000 manat ziyana düşüb.

Bakı klubu fanatların pirotexniki vasitədən istifadəsinə görə 3000, beş futbolçu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Bundan əlavə, "Neftçi"nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. Buna onun stadiona kiçik zərər vurması səbəb olub. Dəymiş zərər yerində ödənilib.

Xatırladaq ki, Azərbaycan derbisi 3:3 hesabı ilə bitib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO