Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

Hazırda oxunan: Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

643298

Əslən azərbaycanlı olan rusiyalı reper Navai (əsl adı – Nəvai Bəkirov) Qazaxıstanda cərimə ödəmədən azadlığa çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti-yə Qazaxıstanın Jambil vilayətinin Polis Departamentindən məlumat veriblər.

Bir qədər əvvəl reperin vəkili Rəna Kərimova müştərisinin 46 min dollardan çox cərimə ödənməsi şərti ilə buraxıla biləcəyini bildirmişdi.

Lakin musiqiçidən azadlığa buraxılması üçün hər hansı ödəniş tələb olub-olmadığı və söhbətin hansı məbləğdən getdiyi ilə bağlı suala departamentdən “cərimə ödənilməyib” cavabı verilib və işə xitam verilib.
 

Bəkirov oktyabrın 14-də Qazaxıstandakı "Korday" buraxılış məntəqəsində saxlanılıb. Qırğızıstandan daxil olarkən onun "Mercedes" markalı avtomobilində 2,5 qram marixuana aşkar edilib. Musiqiçi narkotiki Bişkekdə əldə etdiyini etiraf edib, bundan sonra ona qarşı qaçaqmalçılıq və qanunsuz saxlama maddələri ilə iş qaldırılıb. Məhkəmə onu iki ay müddətinə həbs edib.


Oktyabrın 20-də reper istintaq təcridxanasından girov müqabilində azadlığa buraxılıb. Qazaxıstan Daxili İşlər Nazirliyindən bildirildiyi kimi, cinayət işinə Bəkirovun həyatında ilk olması səbəbindən xitam verilirb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO