İsa Həbibbəyli: “Xalq Qurban Yetirmişliyə inanır”

İsa Həbibbəyli: “Xalq Qurban Yetirmişliyə inanır”

Hazırda oxunan: İsa Həbibbəyli: “Xalq Qurban Yetirmişliyə inanır”

643222

“Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələ haqqında verdiyi proqnozlar hələki düzgün çıxıb, başqa alternativ fikirlər təsdiqini tapmayıb”.

Bizim.Media xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlara qədər” mövzusunda təşkil olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, zəlzələdən sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin açıqlamaları cəmiyyətdə zəlzələlərlə bağlı süni şəkildə formalaşdırılan miflərin dağılması və əsassız qorxuların aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır:

"Bu, maarifləndiricilik baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, zəlzələnin proqnozlaşdırılması ilə məşğul olanlar zəlzələ ola biləcəyini deyirlər, ancaq Qurban Yetirmişli təhlükəli vəziyyətin olmadığını bildirir. Xalq Qurban Yetirmişliyə inanır. Mən özüm Qurban Yetirmişlidən soruşmuşam ki, bunu hansı əsasla deyə bilərsən. O, mənə dalğaların gediş, dönüş nöqtəsini, davam etdiyini və qırıldığını əyani şəkildə göstərib və onun elmi izahına inanmışam".

Günay Şahmar, Tural Xəlil, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO