Mikels “Sabah”a necə gəldiyini danışdı: “4 dəfə çox maaş təklif etdilər “

Mikels “Sabah”a necə gəldiyini danışdı: “4 dəfə çox maaş təklif etdilər “

Hazırda oxunan: Mikels “Sabah”a necə gəldiyini danışdı: “4 dəfə çox maaş təklif etdilər “

643219

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Almaniya mətbuatına müsahibə verib.

Bizim.Media qafqazinfo.az-a istinadən həmin müsahibəni təqdim edir:

–Almaniyada sizi azarkeşlərin çoxu tanımır, Azərbaycanda isə məşhur simasınız. Ötən həftə “Sabah”la Çempionlar Liqasında ilk qələbənizi qazandınız və qol da vurdunuz.

Futbolçu karyeranızın bu mərhələsində baş verənlərə özünüz də bəzən təəccüblənirsiniz?

– Bəli. Hazırda 32 yaşım var və 2026-cı il indiyədək yaşadığım ən yaxşı ildir. Burada çempionluq və ölkə kubokunu qazandıq. Mən bombardir oldum, Çempionlar Liqasının pley-off mərhələsində uğurlu çıxış etdim. İndi isə bu turnirdə qol vurmuşam və matçın ən yaxşı oyunçusu seçilmişəm. Hazırda Azərbaycanda ən tanınmış futbolçu mənəm.

– Deyəsən, Ruandada daha da məşhursunuz?

– Bu, doğrudur. Mart ayında iki qardaşımla birlikdə Ruanda millisinə dəvət aldım. Bu da vəziyyəti bizim üçün həqiqətən xüsusi edir. Ora yollandıq, beş oyunda dörd qələbə qazandıq və bir dəfə heç-heçə etdik. Mən bir qol vurdum və üç məhsuldar ötürmə etdim. Qardaşım Leroy üç qol vurdu və bir məhsuldar ötürmə ilə yadda qaldı.

Bəlkə də 2004-cü ildən sonra ikinci dəfə Afrika Millətlər Kubokuna vəsiqə qazana bildik. Bu, inanılmazdır. Bir il əvvəl kimsə mənə bunları desəydi, ona “yuxu görürsən” deyərdim.

– Bu gün Almaniya vətəndaşı kimi Bakıda Dortmund “Borussiya”sına qarşı oynayacaqsınız. Rəqibi nə gözləyir?

– Dortmund meydanın hər yerində pressinq etmir. Bu da bizə topa nəzarət etmək və qol imkanları yaratmaq üçün fürsətlər verəcək. Bundan başqa, Çempionlar Liqasında ev sahibi üstünlüyünün nə qədər vacib olduğunu hiss etmişəm. Arena 68 min azarkeşlə tam dolacaq. Bunu səbirsizliklə gözləyirəm.

– “Sabah” necə klubdur?

– Klub yalnız 2017-ci ildə yaradılıb, mən isə 2021-ci ildə bura gəlmişəm. Həmin vaxt biz hələ güclü komanda deyildik. Mən 17 yeni futbolçudan ibarət qrupun bir hissəsi idim. Həmin vaxt baş məşqçi Murad Musayev də komandaya qoşuldu. O, bundan əvvəl “Krasnodar”la Çempionlar Liqasında iştirak etmişdi. Murad Musayev əvvəlcə klubu qaydaya saldı və düzgün taktiki qərarlar verdi. O, daim hücuma yönələn 4-2-3-1 taktiki sxemini tətbiq etdi. Bu günə qədər hər bir məşqçi həmin sistemlə oynamalıdır. Biz bu sistemi Yurgen Kloppdan götürmüşük. Hücum futboluna üstünlük veririk.

– Ümumiyyətlə, Bakıya necə gəldiniz?

– Münhenqladbaxdan tanıdığım, hazırda futbol agenti kimi çalışan bir nəfər məni Rumıniyada yaşayan konqolu bir şəxslə əlaqələndirdi. Onun Azərbaycanla əlaqələri var idi və mənə bu transferi təklif etdi. Düzünü desəm, əvvəlcə Azərbaycana gəlmək istəmirdim. Amma həyat yoldaşım məndən bu təklifi mütləq qəbul etməyimi xahiş etdi. Çünki burada təklif olunan maaş həmin vaxt Niderlandın ikinci liqasında çıxış edən “Almere Siti” klubunun mənə təklif etdiyindən dörd dəfə çox idi. Beləliklə, gəldim. Həmin vaxtdan etibarən hər şey yüksələn xətlə inkişaf etdi. Qolları sanki ard-arda sıralayıram.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO