"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Hazırda oxunan: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

643272

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, müğənni payalaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:

"Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu deyən, fiziki işgəncələrə məruz qalan, əl və ayaq dırnaqları, dişləri çıxarılan bu kişi olub...

Bakıya gətiriləndən sonra məsciddə yuyularkən bədəninin nə halda olduğunu gördülər. Baxmayaraq ki, həyat yoldaşı Ceyran xanım və qızı Rəşidə xanım xəstəxanada idi, onun yanına buraxılmırdılar.

Bu adam Azərbaycan üçün böyük itki oldu, çox böyük. Azərbaycan deyəndə ilk yada düşən Rəşid Behbudov olurdu. Azərbaycanın səsi Rəşid Behbudov idi. Bu gün maestronun  ruhu şaddır. Biz qalibik... Allah sizə rəhmət eləsin! Səsi Azərbaycan musiqi tarixinə brilyant hərflərlə yazılan ustad".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO