117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto) - VİDEO

117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto) - VİDEO

Hazırda oxunan: 117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto) - VİDEO

643247

Albaniyada yaşayan 117 yaşlı Kamile Marranın pensiyası uzun illər əvvəl onun vəfat etdiyi ehtimalına görə kəsilib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yaşlı qadının sağ olduğunu təsdiqləmək üçün ailəsi dövlət qurumlarına çoxsaylı sənədlər təqdim etməli olub.

Rəsmi qeydlərə əsasən, 1909-cu ildə anadan olan Marra bu həftə 117 yaşını qeyd edib. O, Ginnesin Rekordlar Kitabına görə dünyanın ən yaşlı qadını sayılan britaniyalı Etel Katerhamdan iki gün böyükdür.

 

Qadının 80 yaşlı oğlu Hisenin sözlərinə görə, anası 100 yaşına çatanda səlahiyyətli qurumlar onun artıq həyatda olmadığını düşünüb və pensiya ödənişlərini dayandırıblar. Ödənişlərin yenidən bərpa edilməsi üçün ailə şahidlərin ifadələri də daxil olmaqla, müxtəlif sübutlar toplamalı olub. Nəhayət, bu ay Marraya yaşına uyğun xüsusi aylıq pensiya təyin edilib.

 

Tiranadan təxminən 100 kilometr cənubda yerləşən Ferras kəndində yaşayan qadın ömrünün böyük hissəsini əkinçilik və heyvandarlıqla keçirib. Oğlu anasının indiyədək həkimə müraciət etmədiyini və dərman qəbul etmədiyini bildirib.

Həyat yoldaşını 36 il əvvəl itirən Kamile Marranın yeddi övladı var. O, ailəsinin beş nəslinin böyüməsinin şahidi olub. (Milli.Az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO