Kiyev-Odessa avtomagistralına dron hücumu: 3 ölü, 4 yaralı var – FOTO

Kiyev-Odessa avtomagistralına dron hücumu: 3 ölü, 4 yaralı var – FOTO

Hazırda oxunan: Kiyev-Odessa avtomagistralına dron hücumu: 3 ölü, 4 yaralı var – FOTO

643226

Ukraynanın Kiyev vilayətinin Fastov rayonunda Rusiyanın Kiyev-Odessa magistral yoluna dron hücumu nəticəsində avtomobillər yanıb. İlkin məlumatlara görə, üç nəfər ölüb, dörd mülki şəxs yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” kanalında məlumat verib.

Hazırda hadisə yerində bütün təcili yardım xidmətləri işləyir. Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Kiyev vilayətinin prokurorluğu bildirib ki, ilkin məlumatlara görə, Rusiya dronları Kiyev-Odessa magistral yolunun yaxınlığındakı Çabani kəndində yerləşən ticarət mərkəzinə dəyib.

Burada itkilərin sayı dəqiqləşdirilir.

“Prokurorlar, təhlükəsizlik xidmətinin müstəntiqləri və digər təcili yardım xidmətləri hadisə yerində işləyir. Bu ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Prokurorluğun göstərişi ilə müharibə qanunlarının pozulması ilə bağlı məhkəməyəqədər araşdırma başlanıb”, - deyə regional prokurorluq əlavə edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO