Rusiya qaz, elektrik və neft obyektlərimizə zərbə vurduqdan sonra “Ukrayna Rusiyanın energetika obyektlərinə cavab zərbəsi endirməməlidir” fikri ədalətsizdir.
Bizim.Media xəbər verir ki, bunu prezident Volodimir Zelenski “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.
"Ruslar bizi vurur, ABŞ isə onları dayandıra bilmir. Gəlin inanaq ki, Amerika dayandırmağı çox istəyir, amma bacarmır. Məsələn, prezident Tramp çox istəyir, amma prezident Putin isə... Bilirsiniz, Tramp dayandırmağa ehtiyac duymur", — deyə o vurğulayıb.
“Əgər müttəfiqlər Rusiyanın NEZ-lərinə (neft emalı zavodlarına) zərbələri dayandırmaq istəyirlərsə, onda bizə energetika infrastrukturunu qorumaq üçün raket versinlər.
Təbii ki, o vaxt itkilər verəcəyik, həm də bu, tərəfdaşa yaraşan bir davranış olardı. Lakin bizə bu raketləri vermədilər, bizdən sadəcə dayanmağı xahiş edirlər.
Sonra isə kəşfiyyat məlumatlarına məhdudiyyətlər və "Starlink"in sürətinin azaldılması halı baş verdi. Bu, artıq təkcə hədə-qorxu deyil", — deyə Ukrayna lideri vurğulayıb.
Bizim.Media


































































































