Dövlət qurumlarının yaratdığı süni intellekt sistemləri yoxlanılacaq

Dövlət qurumlarının yaratdığı süni intellekt sistemləri yoxlanılacaq

Hazırda oxunan: Dövlət qurumlarının yaratdığı süni intellekt sistemləri yoxlanılacaq

643215

"Azərbaycanda dövlət qurumlarında yaradılan süni intellekt sistemlərinin təhlükəsizlik auditi, sınaqları və risklərinin qiymətləndirilməsi həyata keçiriləcək".

Bizim.Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Nadir Novruzov Bakıda keçirilən Dövlət Qurumlarının İT Rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, hazırda dövlət qurumlarında yaradılacaq süni intellekt sistemləri üçün informasiya təhlükəsizliyi tələbləri hazırlanır.

Eyni zamanda, xarici şirkətlərin süni intellekt həllərindən istifadə zamanı məlumat sızmasının qarşısının alınması məqsədilə dövlət qurumlarına təhlükəsizlik təlimatlarına əlavə edilməsi üçün nümunəvi qaydalar təqdim olunacaq.

Nadir Novruzov qeyd edib ki, Süni İntellekt Strategiyasına əsasən, dövlət qurumlarında yaradılan süni intellekt sistemlərinin auditi, sınaqları və risklərinin qiymətləndirilməsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə edilib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO