Tikintisi davam edən Ağdam “İmarət” stadionu nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Tikintisi davam edən Ağdam “İmarət” stadionu nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Tikintisi davam edən Ağdam “İmarət” stadionu nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

643280

Ağdam şəhərində “İmarət” Stadionunun tikintisi davam etdirilir. Stadionun tikintisinə bu ilin əvvəlində başlanıb və hazırda tikinti-quraşdırma işləri aparılır.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev bildirib ki, stadionun istifadəyə verilməsi Ağdam şəhərinin təsdiq olunmuş Baş Planına uyğun, şəhərdə aparılan genişmiqyaslı tikinti, bərpa, quruculuq işlərinin icrası ilə əlaqəli şəkildə həyata keçirilməlidir.

O qeyd edib ki, layihənin şəhərdə görülən işlərlə əlaqəsi və iri həcmli olması səbəbindən obyektin dəqiq istifadəyə verilmə tarixi ilə bağlı məlumat vermək mümkün deyil.

Xatırladaq ki, “İmarət” stadionun təməli 2024-cü ilin sentyabrında qoyulub. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq inşa ediləcək stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.

Günay Şahmar Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO