Nəhənglər arasında MÜBARİZƏ: OpenAI şirkəti Anthropic-i üstələmək üçün 30 milyard dollar xərcləyəcək

Nəhənglər arasında MÜBARİZƏ: OpenAI şirkəti Anthropic-i üstələmək üçün 30 milyard dollar xərcləyəcək

Hazırda oxunan: Nəhənglər arasında MÜBARİZƏ: OpenAI şirkəti Anthropic-i üstələmək üçün 30 milyard dollar xərcləyəcək

643228

ABŞ-ın iki nəhəng şirkəti arasında mübarizə qızışır. Belə ki, OpenAI dəyər qiymətini 1,4 trilyon dollara çatdırmaq və rəqibi olan "Anthropic"i üstələmək üçün 30 milyard dollar xərcləmək fikrinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Reuters" agentliyi yayıb.

Şirkəti yaxından tanıyan mənbənin sözlərinə görə, OpenAI hazırda mövcud investorlarla, o cümlədən Yaponiyanın "SoftBank Group"u və Əbu-Dabinin "MGX" şirkəti ilə danışıqlar aparır.

İnvestorların fikrincə, OpenAI-a bu kapital infrastruktur xərclərini maliyyələşdirmək və maliyyə mövqeyini gücləndirmək üçün lazımdır.

Bu, həmçinin bazar şəraitinin pisləşməsi səbəbindən gələn ilə planlaşdırılan İPO-nun (ilkin kütləvi təklif) təxirə salınması ehtimalına qarşı bir növ "təhlükəsizlik yastığı" rolunu oynayacaq.

OpenAI-ın əvvəlki investisiya raundu mart ayında baş tutmuşdu; həmin vaxt şirkət rekord səviyyədə – 122 milyard dollar cəlb etmiş və ümumi dəyər qiyməti 852 milyard dollara çatmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO