Sürücülərin DİQQƏTİNƏ: Zığ şosesində dəyişikliklər edildi – VİDEO

Sürücülərin DİQQƏTİNƏ: Zığ şosesində dəyişikliklər edildi – VİDEO

Hazırda oxunan: Sürücülərin DİQQƏTİNƏ: Zığ şosesində dəyişikliklər edildi – VİDEO

643225

Hazırda Zığ şosesi hava limanı istiqamətində yolda aidiyyəti qurum tərəfindən rənglənmə işləri aparılır. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlərin aparıldığı əraziyə yaxın məsafədə yerləşən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.

Bu barədə Bizim.Media-ya NİİM-dən məlumat verilib.

Bildirilib ki, hərəkət zolaqlarından biri üzrə sürət həddi işlər bitənədək 40 km/saatadək endirilib, digər zolaqlar üzrə isə nəqliyyat vasitələrinin daxil olmaması üçün (əvvəlcədən məlumatlanması məqsədilə) portal qurğularında “X” işarələri aktivləşdirilib.

Sürücülərdən yolun sözügedən hissəsində hərəkət zamanı diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO