Bakıda "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında plandankənar yoxlama keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, yoxlama Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 20A ünvanında yerləşən, fiziki şəxs Həsən Fuad oğlu Yusifova məxsus qida obyektində aparılıb.
"Yoxlama zamanı, ümumilikdə şadlıq sarayında keçirilən toy mərasimlərində menyu üzərindən istehlakçılara təqdim edilən ət məhsullarının çeşidinə, mərasim iştirakçılarının sayına münasibətdə yoxlamaya təqdim edilən müvafiq müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi, istehlaka verilən ətlərin miqdarının baytarlıq sənədlərində göstərilən miqdardan dəfələrlə çox olduğu və bununla da məhsullarla bağlı izlənmə sisteminin təmin olunmadığı müəyyən edilib.
Həmçinin, ətlərin müvafiq temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müşahidə edilib. Eyni zamanda, istehlakçıların aldadılması ilə nəticələnən hallar aşkarlanıb. Belə ki, qonaqlara təbii "qırmızı kürü" adı altında süni kürü təqdim edilib. Bu hal istehlakçıların təqdim edilən məhsulların xüsusiyyətləri və tərkibi barədə düzgün və dolğun məlumat almaq hüququnun pozulması, istehlakçıların aldadılması kimi qiymətləndirilir.
Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, nöqsanları aradan qaldırılana kimi dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb", - deyə məlumatda bildirilib.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:21 / 20.10.2026
"Çıraq Palace"da ciddi nöqsanlar: İylənmiş ət, süni kürü... – FOTO-VİDEO
Hazırda oxunan: "Çıraq Palace"da ciddi nöqsanlar: İylənmiş ət, süni kürü... – FOTO-VİDEO
Hazırda oxunan: "Çıraq Palace"da ciddi nöqsanlar: İylənmiş ət, süni kürü... – FOTO-VİDEO
643235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































