Güləbird kəndində genişmiqyaslı tikinti: Yeni evlər və yollar salınacaq

Güləbird kəndində genişmiqyaslı tikinti: Yeni evlər və yollar salınacaq

Hazırda oxunan: Güləbird kəndində genişmiqyaslı tikinti: Yeni evlər və yollar salınacaq

643248

Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq prosedurlar həyata keçiriləcək.

Həmçinin layihə çərçivəsində yol-küçə şəbəkəsinin salınması, yaşıllaşdırma və digər abadlıq işlərinin aparılması planlaşdırılır.

Həmçinin plana görə, 79 ədəd fərdi yaşayış evi tikiləcək.

Sözügedən işlərə 33 milyon 648 min 168 manat vəsaitin xərclənəcəyi ehtimal edilir.

Xatırladaq ki, Həkəri çayının sahilində yerləşən kənd 2020-ci il noyabrın 9-da Vətən müharibəsinin gedişində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO