“Bu, Türk xalqına hörmətsizlikdir...”x9d

“Bu, Türk xalqına hörmətsizlikdir...”x9d

Hazırda oxunan: “Bu, Türk xalqına hörmətsizlikdir...”x9d
171850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın ardınca Hollandiya da Türkiyəyə “yox”x9d dedi. Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendumla əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçiriləcək mitinqə gedən xarici işlər naziri Mövlud Çavuşoğlunun xa0təyyarəsinin Hollandiyaya enişinə icazə verilmədi.

Maraqlıdır, Avropa ölkələrinin bir-birinin ardınca Türkiyəyə “yox”x9d deməsinin səbəbi ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğandır, yoxsa xristian qruplaşması Türkiyənin böyüklüyünü, gücünü həzm edə bilmir?

Moderator.az-ın mövzu ilə bağlı sualını xa0"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu cavablandırıb.xa0

Image



V.Zifəroğlu deyib ki, bütün bu olanlar birmənalı şəkildə Türkiyəyə olan münasibətin göstəricisidir:

“Qarşıdan gələn seçkilərdə edilməsi planlaşdırılan dəyişikliklərin müsbət və ya mənfi olmasından asılı olmayaraq bu Türk xalqının daxili işidir və Avropa ölkələrinin ard-arda belə reaksiya göstərmələri, bu iradəyə hörmətsizlikdir. Başqa səbəb şübhəsiz ki, Türkiyənin son illərdə sərgilədiyi aktiv xarici siyasət kursudur. Güclü türk dövləti, Avropanın heç bir zaman qəbul etməyəcəyi bir faktordur. Onlar hələ də 4 yüz illik Osmanlı təzyiqini unutmayıblar”x9d.xa0

Ekspert onu da qeyd edib ki, həmin ölkələr məqsədlərinə nail ola bilməyəcəklər:xa0

“Avropa dövlətlərinin ard-arda bu şəkildə qarşıda keçirilməsi planlaşdırılan konstitusional dəyişikliklərə reaksiya verməsi isə əks effekt verməkdədir. Belə etməklə, əksinə, onlar, Ərdoğanın, AKP iqtidrının daxildə də, xaricdə də nüfuzunun daha da yüksəlməsinə səbəb olduqlarının fərqinə varmalıdırlar”x9d.


Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO