Moderator.az xəbər verir ki, Xalq şairi, sabiq millət vəkili, VHP partiyasının sədri Sabir Rüstəmxanlı Tarif Şurasının yeni qərarına və bu qərara etinasız yanaşan məmurlara etirazını bildirib.xa0
Xalq şairi bu barədə öz feysbuk səhifəsində belə yazıb:xa0
TARİF ZURNASI-nın səsi çıxmamız bir anda dükan-bazarda hərə öz qiymətini fırladır üzü yuxarı... Milləti narazı salan, ölkəni sosial partlayışa aparan, dövlətin nüfuzunu sarsıdan ağılsız qiymət siyasətinə haqq qazandırmaq istəyənlərin cürük bir söykənəcəkləri var: beynəlxalq standartlar, dünya bazarındakı qiymətlər... Anlamırlar və ya bilə-bilə özlərini anlamaz yerinə qoyurlar!xa0
Bəyəm mənim vətəndaşımım qazancı, maaşı Avropaya uyğundur ki, qiymətləri də ora doğru qovursunuz? Bakı dünyanın ən bahalı şəhərlərindən birinə çevrilib! Siz xa0bu kütləvi soyğunçuluğun əzabını çəkən millətdən deyilsiniz?xa0
Bu yolla büdcə dolmaz! Büdcəni doldurmaq istəyirsinizsə xa0bu qadağaları, məhdudiyyətləri, əsassız yoxlamaları, ələbaxanlar sürüsünün araverməyən basqılarını, monopoliyanı, yolkəsmələri, erməni dönmələrinin Bakını gicli işğal xa0xəyanətlərini dayandırın, orta və kiçik sahibkarlığa imkan verin, vəzifələrə öz naşı qohumlarınızı yerləşdirməkdənsə işbilən gənclərə yol açın, islahat adına işsizlər ordusunu böyütməyin. İqtisadiyyatı şəxsi maraqlarınıza yox, iqtisadiyyat qanunlarına uyğun qurun... Xalqın səsini dinləyin!"
































































































