Bu günlərdə 24saat.org saytı maraqlı iddia ilə çıxış edib. Iddiaya görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən general Akif Çovdarovun gizli agentlərin kimliyini bilməsi tamamilə qanunsuz olub və bu, gizli agentlərin məxfiliyinin qorunması qaydalarının kobud şəkildə pozulduğunu göstərir.
Maraqlıdır, doğrudanmı A.Çovdarovun gizli agentlərin kimliyini bilmək səlahiyyəti olmayıb? Həqiqətənmi Eldar Mahmudov dönəmində gizli agentlərin məxfiliyinin qorunması ilə bağlı ciddi problemlər mövcud olub?
xa0
“İstisna etmirəm ki, Akif Çovdarov agnetlərin kimliyini bilir, amma...”x9d
xa0
Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bu sahədə ciddi məlumat sızıntısının mövcudluğunu təsdiqlədi:
“Agentlər dedikdə yəqin ki, siz ilk növbədə ictimai-siyasi sferada olanları, siyasi çevrələrdə, o cümlədən hakimiyyət çevrələrində olanları nəzərdə tutursunuz. Belə məxfi mənbələrin gizli olmasına rəğmən praktika göstərir ki, bir çox hallarda yüksək vəzifə tutan şəxslər öz sahəsinə aid olmayan məxfi mənbələr haqında da məlumata malik olurlar. Istisna etmirəm ki, A.Çovdarovun belə məlumatları olub və var. Amma eyni zamanda düşünmürəm ki, hər şey onun fikirləşdiyi qədər sadədir”x9d.
xa0
“O, bu quruma tamamilə yad bir element idi”x9d
xa0
Ə.Oruclunun sözlərinə görə, A.Çovdarovun gizli agentlərin kimliyini açıqlaması ilk öncə onun özünün vəziyyətini ağırlaşdıracaq:
“Birincisi, bu cür məlumatların açılması dövlət sirrinin yayılmasıdır və bu əlavə cinayət məsuliyyəti nəzərdə tutur. Ikincisi, istisna etmirəm ki, həqiqətən də A.Çovdarov bu şeyləri bilib. Ona görə ki, Mahmudov dönəmində MTN o dərəcədə kobud, o dərəcədə qeyri-peşəkar işləyirdi ki, müxalifət, vətəndaş cəmiyyəti, media sıralarında olan bir sıra agentləri mən də bilirdim. Məlumat sızıntısı həddindən artıq çox idi. Əgər mən bunları bilirdimsə, deməli nazirlikdə xüsusi statusu olan Çovdarov da bu şeyləri bilib. Amma onun bu cür şantajdan istifadə etməsi, onun bu quruma, bu orqana, bu xidmətə tamamilə yad bir element olmasından xəbər verir. Çünki heç olmasa müəyyən səviyyədə peşəkarlığı olan şəxs belə bir şeyi nəinki dilinə, heç ağlına da gətirməz”x9d.
xa0
“Akif Çovdarov və digərlərinin vəzifəyə gətirilməsi dövlətə qarşı təxribat idi”x9d
xa0
Politoloqun fikrincə, A.Çovdarovla bağlı baş verənlərdən çıxarılması gərəkən bir sıra vacib dərslər var ki, bunlardan da biri xüsusi xidmət orqanlarına təsadüfi, yanlış insanların daxil olmasının əngəllənməsinin zəruriliyidir:
“Bu, bir daha onu göstərir ki, xüsusi xidmət orqanının sıralarına heç bir zaman qeyri-peşəkarları, xüsusilə də cinayətkar təbiətli, cinayətkar keçmişə malik şəxsləri gətirmək olmaz. Bundan ümumi bir nəticə çıxarılmalıdır.xa0 Bu nəticə çıxarılmalıdır ki, xüsusi xidmət orqanlarına işə götürülən şəxslər, - istər rəhbər, istərsə də sıradan bir əməkdaş olsun, - çox ciddi yoxlamadan keçməlidir. Ciddi şəkildə araşdırılmalıdır. A.Çovdarovun isə şəxsiyyəti, kimliyi hər kəsə bəlli idi. Onun hansı sahələrdə nələrlə məşğul olduğunu hamı bilirdi. Elə E.Mahmudovun da, Hilal Əsədovun da, başqalarının da nələrlə məşğul olduğu bəlli idi. MTN rəhbərliyində təmsil olunanların 99%-i ilə bağlı vəziyyət bu cür idi. Onların hər birinin bu vəzifəyə gətirilməsi, zənnimcə, dövlətə qarşı təxribat idi.xa0
xa0
“Onlar milli təhlükəsizlik orqanlarının dağıdılmasında müstəsna rol oynayıb”x9d
xa0
Ə.Oruclunun qənaətincə, məhz bu şəxslər milli təhlükəsizlik orqanlarının dağıdılmasını reallaşdırdı ki, bu, həm ölkə daxilində, həm də ölkə xaricindəki bəzi qüvvələrin marağına cavab verirdi:
“Azərbaycanın milli təhlükəsizlik orqanlarının dağıdılmasında bu şəxslər müstəsna rol oynadı. Bu orqanların dağıdılması isə həm ölkə daxilindəki kriminal oliqarxiya, yəni hakimiyyət pillələrində əyləşən müxtəlif şəxslərə, həm də bölgədə, Azərbaycanda maraqları olan xarici dövlətlərə lazım idi. Burada maraqlar üst-üstə düşdü. Mahmudov bandası isə həmin marağı reallaşdırdı. Onlar bunu A.Çovdarov və onun kimilərini vəzifəyə gətirməklə gerçəkləşdirdi. Baş verənlərin mahiyyəti bundan ibarətdir”x9d.
xa0
Seymur Əliyev






































































































