“Ölüm cəzasının tətbiqi geriyə doğru atılmış addım olar”x9d

“Ölüm cəzasının tətbiqi geriyə doğru atılmış addım olar”x9d

Hazırda oxunan: “Ölüm cəzasının tətbiqi geriyə doğru atılmış addım olar”x9d

128495

“Mən ölüm cəzasının tərəfdarı deyiləm. Hesab edirəm ki, Azərbaycan düzgün olaraq 1998-ci ilin fevral ayında ölüm cəzasından imtina edib”x9d.

Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Müzəffər Baxışov söyləyib. M.Baxışovun sözlərinə görə,dünya təcrübəsi sübut edir ki, ölüm cəzasının tətbiqi cinayətlərin sayının azalmasına təsir göstərmir:

Ölüm cəzasının bərpası terrorçuluğa, digər ağır cinayətlərin qarşısının alınmasına heç bir köməklik etməyəcək. Dünyanın əksər ölkələrində ölüm cəzası var və  həmin ölkələrdə də terror hadisəsi törədilir. Indi də bu cür terror hadisələri törədilməkdə davam edir. Rusiyanın bu addımını da geriyə doğru atılmış bir addım hesab edirəm. Düşünürəm ki, Azərbaycan Rusiyanın bu mənfi təcrübəsindən istifadə etməyəcək və  ölüm cəzası bərpa olunmayacaq”x9d.

Məlumat üçün qeyd edək ki, Rusiyada terrorizmdə təqsirləndirilən şəxslərlə bağlı ölüm cəzasının tətbiqi məsələsi gündəmdədir və məlum qanun layihəsinin yaxın günlərdə Dövlət Dumasında müzakirəyə çıxarılması gözlənilir.


Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO