İlham Əliyevin Ankara səfərinə Türkiyədən yüksək qiymət

İlham Əliyevin Ankara səfərinə Türkiyədən yüksək qiymət

Hazırda oxunan: İlham Əliyevin Ankara səfərinə Türkiyədən yüksək qiymət

126768
İsa Yaşar Tezel: “Azərbaycan prezidentinin bu gözəl jestini dövlətimiz və millətimiz heç bir zaman unutmayacaq”x9dxa0
xa0
xa0“İllərdir Türkiyə üzərində oynanılan oyunların tərtibçiləri ABŞ və başda Fransa olmaqla Avropa ölkələridir. O halda nəyi qınayacaqlar? Onların istədiyi də zatən budur. İndi də qısa bir başsağlığı mesajı və üzgün olduqlarını ifadə edən açıqlamalar verməklə kifayətlənirlər”x9d.
xa0
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının xa0(MHP) tanınmış simalarından biri İsa Yaşar Tezel Ankarada törədilən növbəti terror aktına aparıcı dünya dövlətlərinin adekvat reaksiya verməməsinin səbəbləri barədə Musavat.com-a danışarkən bunları bildirdi. Müxalifət təmsilçisinin sözlərinə görə, adı çəkilən ölkələr güclü bir Türkiyə dövlətini, bölgəyə hakim bir ölkənin olmasını istəmirlər: “Biz onlardan həm dini, həm də milli cəhətdən ayrıyıq. Bu coğrafiyada daha öncə Fransa ASALA terror təşkilatını ölkəmizə qarşı istifadə etmişdi. Amma biz ASALA-nın dərsini verdik. xa0İndi eyni ölkələr PKK-ya dəstək verərək Türkiyəni qan gölünə çevirmək istəyirlər. Odur ki, xa0bu gün ölkəmizdən əllərini çəksinlər, onlardan terroru qınamalarını istəmirik”x9d.
xa0
İsa Yaşar terror olayı ilə bağlı əvvəlcədən ABŞ-ın məlumatının olduğu barədə məlumatlara da reaksiya verdi: “Amma Türkiyə dövlətinin də bilgisi var idi. Burada MİT və əmniyyətin böyük günahı var. Bilinən bir hadisə üçün gərəkən tədbirləri görməmişdilər. Daxili işlər naziri dərhal istefaya getməlidir. Əmniyyət təsbit etdiyi bomba yüklü arabaların əlamətlərini mətbuata ötürüb. 20-yə yaxın avtomobilin nömrəsi mətbuatda yayınlanıb. Belə bir xətaya yol verilə bilərdimi? Bununla PKK-lı avtomobillərdən istifadə edənlərə deyiblər ki, nömrələri və ya avtomobilləri dəyişdirin. Bunun başqa bir izahı varmı? Hökumət acizlik nümayiş etdirərək lazım olan addımları atmayıb.
xa0
MHB lideri Devlət Bahçelinin dediyi kimi, dərhal səfərbərlik elan edilməli, bu terror bəlasından qurtulmalıyıq. Ərdoğan “qonşularla sıfır problem”x9d dedi. Çevrəmizdə düşmən olmadığımız və dava etmədiyimiz ölkə qalmadı. Sağ olsun bir tək Can Azərbaycan dost və qardaş ölkə kimi qalır. Başqa dostumuz qalmadı. Burada bir məsələni də xatırlatmaqda fayda var. Bu duruma gəlməyimizin ən böyük səbəbi 14 illik AKP iqtidarı və Ərdoğanın yürütdüyü siyasətdir. Çözüm prosesində “silahlar sussun”x9d dedilər və PKK-ya şəhərdə sığınacaqlar qurmaq, silahlanmaq imkanı tanındı. İndi də PKK-nı şəhərdən çıxara bilmirlər. Tək dərdi başqan olmaqdır. Türk dövləti və Türk Milləti güclüdür. Bu sıxıntılı günləri adlayacağıq, ancaq bunun üçün AKP iqtidardan getməli, bu dövləti və bu milləti sevən iqtidarlar gəlməlidir. Bunlar iqtidarda qaldığı müddətdə Türkiyəni çətin günlər gözləyir”x9d.
xa0
İsa Yaşar Tezel Ankara terrorunun artıq ikinci dəfə prezident Ərdoğanın Azərbaycana nəzərdə tutulan ziyarəti ərəfəsində törədilməsinə də münasibət bildirdi: “Bu, həm təsadüf, həm də Türkiyə-Azərbaycan münasibətlərini baltalamaq istəyən güclərin barmağı ola bilər. Rusiya ilə təyyarə krizindən sonra prezident İlham Əliyevin “qazı biz veririk”x9d açıqlaması Türkiyə xalqında dərin bir sevinc və sevgi yaratdı. İndi bölgədə tək dostumuz-qardaşımız olan Azərbaycanla əlaqələrimizi pozmaq, münasibətlərimizə əngəl olmağa çalışa bilərlər. Rusiya Ermənistan, Suriya və PKK-ya lojistik dəstək verməkdədir. PKK Ermənistan mobil operatorundan istifadə edir, telefon və simsiz əlaqələrini Ermənistan operatorları vasitəsilə həyata keçirir. Durum belə bir mərhələyə gəlmişkən bölgədə bizi tərk etməyən tək ölkə Azərbaycanla əlaqələrimizi əlbəttə pozmaq istəyəcəkdilər. Buna hazırlıqlı olmalıyıq”x9d.
xa0
MHP təmsilçisi prezident İlham Əliyevin Türkiyəyə səfərlə bağlı qərar verməsini də çox yüksək dəyərləndirdi: “Mən bu hadisə baş verən andan belə hesab etmişəm ki, gücümüzü və dostluğumuzu göstərmək üçün Ərdoğan mütləq Azərbaycana getməlidir. Əgər gedə bilmirsə, o halda hörmətli Əliyev Ankaraya gəlməlidir, Türkiyənin bu zor durumunda “biz də sizinləyik”x9d deməlidir. Əmin olun, bu, Türkiyə dövlətinə və Türk Millətinə çox böyük ruh yüksəkliyi verəcək. Odur ki, Azərbaycan prezidenti hörmətli İlham Əliyevin Türkiyəyə səfər etməklə bağlı qərar verməsini dəstəkləyirəm. Türk dövlətinin və millətinin buna ehtiyacı var. Azərbaycan dövlətinin ən ağır günlərimizdə bizim yanımızda olması Türk millətini çox şad edəcək və bəzi qonşu dövlətlərə də mesaj olacaq. Azərbaycan prezidentinin bu gözəl jestini dövlətimiz və millətimiz heç bir zaman unutmayacaq. Xoş gəlir, səfa gətirir! Əlbəttə, üzgünük, amma Türk dövləti və Türk Milləti böyükdür, bunların öhdəsindən gələcək qədər gücümüz var”x9d.
xa0
Qeyd edək ki, Ankarada törədilən terror aktı səbəbindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 martda Azərbaycana nəzərdə tutulan səfəri dəfə təxirə salındı. Lakin bunun qarşılığında Azərbaycan prezidenti planlaşdırılan Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə, Ankarada keçirilməsi barədə təşəbbüslə çıxış edib və Türkiyəyə səfər etməyə qərar verib.(musavat.com)
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO