Bu barədə Moderator.az -a millət vəkilinin özü məlumat verib:
"Ona Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda vəziyyət, evinə dönə bilməyən köçkünlərimiz barədə məlumat verdik və Nazirlər Komitəsinə sədrliyi dövründə Bolqarıstandan bu istiqamətdə ədalətli mövqe gözlədiyimizi vurğuladıq. Bundan başqa Azərbaycan-Bolqarıstan münasibətlərindən də danışdıq və getdikcə daha da inkişaf edən ikitərəfli münasibətlərimizin genişlənməsi üçün böyük potensial xüsusi vurğulandı. Bir neçə gün əvvəl Bolqarıstanın Azərbaycandakı səfiri, dəyərli dostum, xanım Maya Xristova ilə görüşümüz, May ayında Bolqarıstana planlaşdırılan səfərimiz barədə də məlumat verdim və önəmli fikir mübadiləsi oldu."




































































































