Keçmiş müstəntiq, prokurorluq orqanlarından bəyanat verib, istefaya gedən Rüfət Səfərov izahat vermək üçün Baş Prokurorluğa çağırılsa da, o, bu dəvəti rədd etmişdi. R.Səfərov bildirib ki, prokurorluq orqanlarının əməkdaşı olmadığı üçün qurumun Təşkilat-analitik İdarəsi onu çağıra bilməz.
Amma bununla yanaşı, ilkin ehtimallar bu yaxınlarda R.Səfərovun həbs ediləcəyi ilə bağlıdır. Proqnozlar onu deməyə əsas verir ki, sərt açıqlamaları ilə hakimiyyət nümayəndələrinin qəzəbini öz üzərinə çəkən R.Səfərova, habelə onun atası, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks-deputat Eldar Sabiroğluna qarşı münasibət yaxşı deyil. Və bu, son məqamda R.Səfərovun həbsi ilə nəticələnə bilər.xa0
Həbs ehtimalı ilə bağlı musavat.com-a açıqlamasında R.Səfərov öncə onu dedi ki, hazırda üzərində ciddi təzyiq hiss etmir: “Lakin qeyd etməliyəm ki, Azərbaycan Respublikasının azad vətəndaşı olaraq, məsuliyyətimi və hüquqlarımı normal bilirəm. Düşünmürəm ki, Cinayət Məcəlləsi ilə cəza təhdidi altına düşən hər hansı ictimai təhlükəli, təqsirli, qeyri-hüquqi əmələ yol vermişəm. Özünü ifadəetmə fundamental, konstitusion azadlıqdır ”“ söz və fikir azadlığı... Məhz bu hüquqdan istifadə edərək, azad rejimi ortaya qoyub, prokurorluq orqanları ilə vidalaşmışam. Lakin barəmdə cinayət işi başlanarsa, irəli sürüləcək ittihamın forma və məzmunu məndən ötrü olduqca maraqlı olardı”x9d.xa0






































































































