Həbs xəbəri yayılan rəis:  “Əgər bu dövlətə layiq deyiləmsə...”x9d

Həbs xəbəri yayılan rəis: “Əgər bu dövlətə layiq deyiləmsə...”x9d

Hazırda oxunan: Həbs xəbəri yayılan rəis: “Əgər bu dövlətə layiq deyiləmsə...”x9d

101860
Nizami Rayon Telefon Qovşağının müdiri Fətulla Seyidov: “Əgər bu dövlətə layiq deyiləmsə, cəzamı çəkməyə hazıram”x9d 


Daha bir rabitə işçisinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı xəbər yayılıb.

 Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla  Hüseynov saxlanıldıqdan sonra, onunla yaxın münasibətdə olan rabitəçilərin də işlərində yoxlama başlayıb. Əldə etdiyimiz bilgiyə görə, bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Nizami rayon Telefon Qovşağının rəhbəri Fətulla Seyidov saxlanılıb. Onun fəaliyyətinin yoxlanılmağa başladığı, özünün isə istintaqa cəlb edildiyi deyilir. 

Fətulla Seyidov özü musavat.com-a açıqlamasında xəbəri nə təsdiq, nə də inkar edib. Bildirib ki, Beytulla Hüseynovla qohumluğu yoxdur: “Biz sadəcə olaraq onunla birlikdə Naxçıvanda çalışmışıq. Yəni iş yoldaşı olmuşuq. Ümumiyyətlə, rabitəçilər hamısı bir-biri ilə yaxındırlar. Onunla hər hansı bir qohumluğum yoxdur. Mən amasiyalıyam, o, Sədərəkdəndir. İnstitutu bitirdikdən sonra təyinatla Naxçıvanda işləməyə getdim, Beytulla müəllimlə ordan tanışlığımız başladı. Hökumət  var, qanun var. Əgər mənim hər hansı bir günahım olacaqsa, bu dövlətə layiq deyiləmsə, tutub həbs edəcəklər. Bundan sıxıntım yoxdur. Şükür  ki, hər şey göz qabağındadır”x9d - deyə F.Seyidov bildirib. 

Xatırladaq ki, oktyabrın 20-də Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynov hüquq-mühafiə əməkdaşları tərəfindən saxlanılıb. Onun “MTN işi”x9dnə görə tutulduğu haqda iddialar var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO