"Qızıl bakteriyaları öldürür..."

Hazırda oxunan: "Qızıl bakteriyaları öldürür..."

625539
"Antibiotiklərin meydana çıxması ikinci dünya savaşından sonra "qızıl əsr" kimi yadda qalıb..."
 
 
"İspaniya alimləri üçvalentli qızıl əsasında yaradılan preparatların yüksək effektliyini müəyyən edib..."
 
 
İspan alimləri qiymətli metal birləşmələrindən istifadə edərək ən davamlı bakteriyaların törətdiyi infeksiyaların qarşısını almaq qərarına gəlib. Və nəticələr müsbət olub.
 
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Antibiotiklərin meydana çıxması ikinci dünya savaşından sonra "qızıl əsr" kimi yadda qalıb. Qərb ölkələrində orta yaşam müddəti 30 il artıb. 
 
Lakin bu xoşbəxtlik çox çəkməyib. Axı təkamül edən təkcə bəşəriyyət deyil, həm də bakteriyalardır. Onlar üçün təbii seçim amillərindən biri
dərmanlara davamlılıq olub.
 
Budur, birinci nəsil antibiotiklər praktiki olaraq faydasızdır. Birbaşa xəstəxanalarda isə heç bir dərmana tabe olmayan "superbakteriyalar" məskunlaşıb.
 
2019-cu ildə bütün dünyada təxminən 5 milyon ölüm halları bu və ya digər dərəcədə mikrobəleyhinə preparatlara davamlılıqla bağlı olub.
 
Alimlər gözləyir ki, bu rəqəm 2050-ci ilədək 10 milyona çatacaq, bu da qismən "Covid-19"-a yoluxan pasiyentlərə antibiotiklərin geniş təyin olunması ilə bağlı olacaq.
 
Ona görə də bütün elmi dünya davamlı bakteriyalara qarşı yeni dərman preparatları axtarışındadır.
 
Barselonanın Qlobal Səhiyyə İnstitutunun professor Sara Soto Qonsalesin rəhbərliyi altında təqdiqatçılar qrupu ən davamlı bakteryalarla mübarizədə üçvalentli qızıl əsasında komplekslərin yüksək effektivliyini müəyyən edib. 
 
Onların nəticələri Kopenhagendə Avropa kliniki mikrobiologiya və infeksion xəstəliklər Konqresində təqdim ediləcək.
 
Alimlər qızılın 19 müxtəlif birləşmələrini altı davamlı antibiotiklərə qarşı testlərdən keçirib. 
 
Onların arasında dəri və digər ağır xəstəlik törədən metisillinrezistentıi qızılı stafilakokk, ağır xəstəlik törədən Stenotrophomonas maltophiıla, qanı, sidik axarları yollarının infeksiyasını və həmçinin pnevmoniya törədən Acinetobacter baumanni var. 
 
Ümumdünya Səhiyyə Təşkilatı bu üç xəstəliyi ən təhlükəli hesab edir. Daha üç təcrübəyə məruz qalan epidermal stafilokokk (bu, kateterlərin istifadəsi zamanı baş verən infeksiyalarla bağlıdır), Pseudomonas aeruginosa və bağırsaq çöpü olub.
 
Hər iki stafilokokk qrammüsbət bakteriyalara aiddir, 19 birləşmədən 16-sı onlara qarşı effektli olub. Yerdə qalanlar qrammənfidir, onlara qarşı da 16 digər birləşmələr kömək edib. Qrammənfi bakteriyalar antibiotiklərə daha çox davamlıdır, ona görə də onlar üçün yeni müalicə metodlarına xüsusilə tələbat var.
 
"Xüsusilə xoşdur ki, qızılın bəzi birləşmələri çox dərmanadavamlı kimi tanınan metisillinrezistentli qızılı stafilokokka və Acinetobacter baumanni balteriyalara qarşı effektli olub.
 
Çünki bu iki bakteriya xəstəxanadaxili infeksiyaların əsas səbəbləridir. Əgər nəzərə alsaq ki, qızıl əsasında yaradılan digər tip antibiotiklərin tədqiqatı da ümidverici nəticələr verir, bu preparatların böyük gələcəyi var", - Sara Soto Qonsales deyib.
 
Bu kəşfin daha bir üstünlüyü belə preparatların əlçatan olmasıdır. Qonsalesin sözlərinə görə, üçvalentli qızıl ionları əsasında olan komplekslər nisbətən sadədir və istehsalda ucuz başa gəlir.
 
Bu, alimlər tərəfindən davamlı bakteriyalarla mübarizədə metallardan
ilk dəfə deyil ki, istifadə edilir. Mis, gümüş, sink, vismut preparatları da həmçinin antimikrob təsirə malikdir. Onların əsasında yaradılan dərmanlar metalantibiotiklər adlanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO