Hindistanda polis üç radikal hindusu bir müsəlmanı mal əti parçasına görə vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilərək saxlayıb.
Moderator.az xəbər verir ki,bu haqda "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bihar əyalətinin Rəsulpur şəhəri polisinin məlumatına görə, qətlin qurbanı 56 yaşlı Nasim Qureyşi olub. Kişi ərazidən keçərkən 20-dən çox zorakı yerli hindus sakin tərəfindən mühasirəyə alınıb. Hücum edənlər güman ediblər ki, Nasimin əində mal əti var. Çünki İnək əti, hinduizm dinində müqəddəs sayılır.
Radikallar müsəlmanı vəhşicəsinə döyüblər və polis müdaxilə edəndə artıq gec olub – Qureyşi xəstəxanaya aparılarkən yolda ölüb. İddia edilən qatillərin adları açıqlanmır, lakin polis bunun dini motivli nifrət cinayəti olduğunu və hücumçuların Qureşidə bir parça mal əti olması fikrinin qətlə səbəb olması faktını təsdiqləyib.
Sultan Laçın



































































































