Bölgə universitetlərimizin inkişafı niyə ləng gedir?- Mütəxəssisdən SƏBƏBLƏR

Bölgə universitetlərimizin inkişafı niyə ləng gedir?- Mütəxəssisdən SƏBƏBLƏR

Hazırda oxunan: Bölgə universitetlərimizin inkişafı niyə ləng gedir?- Mütəxəssisdən SƏBƏBLƏR
603317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 

“Bu gün universitetlərimizin gəlirləri yalnız və yalnız tələbələrin ödədiyi təhsilhaqqındandır” 

 

Bunu Moderator.az-a açıqlamasında Qərbi Kaspi Universitetinin Strateji İnkişaf Mərkəzinin müdiri, ali təhsil məsələləri üzrə mütəxəssis  Vüsal Kərimli deyil. O, regionlarda fəaliyyət göstərən universitetlərin reytinq cədvəlində geriliyini, ümumiyyətlə paytaxtdakı ali təhsil müəssisələri ilə müqayisədə kölgədə qalmasını  aşağıdakı səbəblərdə açıqlayıb:

 

“Regionlarda yerləşən universitetlərimiz inkişaf və beynəlmiləlləşməsi baxımdan mərkəz univeristetlərindən xeyli geri qalırlar.  Hazırda bu siyasəti uğurla yerinə yetirən bölgə təmsilçisi Mingəçevir Dövlət Universitetidir. Onlar qarşıya kompleks məsələlər qoyub və mərhələ- mərhələ bu istiqamətdə işlər görürlər. Bir də Azərbaycan Dövlət Aqrar Universiteti müəyyən reytinqlərdə iştirak edir. Lakin bu iştirak da qənaətbəxş deyil. Digər universitetlər isə bu məsələdə bir o qədər də nəzərə çarpmırlar.

 

Beynəlxalq tələbləri yerinə yetirə biləcək kadrlar az olduğundan bölgə universitetləri əksər reytinqlərdə iştirak edə  bilmirlər. Burada kadr, maliyyə məsələsi mühüm rol oynayır. Maliyyə olmadan heç bir inkişaf gözləmək mümkün deyil.  Bu gün universitetlərimizin gəlirləri yalnız və yalnız tələbələrin ödədiyi illik təhsil haqqındandır.  Sənayedən, istehsalatdan və s. əlavə heç bir gəlir yoxdur. Bölgə universitetlərinin əlavə gəlir imkanları isə  daha çoxdur".

 

"Məsələn, elə götürək, ADAU-nu;  Aqrar yönümlü universitetdir və ölkənin daha çox əkinçiliklə məşğul olan Qərb bölgəsində yerləşir. Universitet burda gəlir əldə etək üçün kifayət qədər ciddi işlər görə bilər. Doğrudur, orada müəyyən işlər gedir amma nəzərə çarpacaq qədər deyil”-, deyə, mütəxəssis sonda əlavə edib.

 

Rəna Nəbi 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO