
- A-
- A
- A+
Ekskluziv
23:23 / 29.12.2022
2 dəq oxunma
Kosmosa unikal "Starlink" peyk sistemləri çıxarılıb: daha xüsusi avadanlığa ehtiyac yoxdur
Hazırda oxunan: Kosmosa unikal "Starlink" peyk sistemləri çıxarılıb: daha xüsusi avadanlığa ehtiyac yoxdur
581947
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Orbitdə yerləşdirilən yeni peyklərə birbaşa smartfondan qoşulmaq mümkün olacaq..."
"İkinci nəsil "Starlink" şəbəkəsi gücünə görə orbitdə işləyən 3300 peyki üstələyəcək..."
Amerikanın "SpaceX" şirkəti "Starlink" peyk sistemlərinin yeni, ikinci nəslinin ilk partiyasını orbitə çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə "ukrinform" nəşri məlumat yayıb.
"Falkon-9" daşıyıcı raket 54 "təkmilləşdirilmiş" şəbəkə aparatları ilə Florida ştatındakı Kanaveral burnundan start götürüb. Şirkət buraxılışı sosial şəbəkələrdə yayımlayıb.
Startdan təxminən 8 dəqiqə sonra raketin birinci pilləsi Yerə dönüb, Atlantik okeanında "kifayət qədər nüfuzlu olmayan" platformaya ("A Shortfall of Gravitas" adını həmçinin "qravitasiya çatışmazlığı" kimi də tərcümə etmək olar) eniş edib.
Bu, "SpaseX"-in bu il 60-cı buraxılışıdır, müqayisə üçün 2021-ci ildə bu rəqəm 31 olub.
"Falkon-9"-un birinci pilləsi bu missiyada özünün 11-ci uçuşunu edib.
Orbitdə yerləşdirilən yeni peyklər əlavə avadanlıq tələb etmir, onlara birbaşa smartfondan qoşulmaq mümkündür.
"SpaceX" bəyan edib ki, ikinci nəsil "Starlink" şəbəkəsi gücünə görə hazırda orbitdə işləyən 3300 peyki üstələyəcək.
2024-cü ilin sonunadək şirkət 2000 yeni nəsil aparatlarını buraxmağı planlaşdırır.
Bu, ABŞ-da "ölü mobil zonaları"nı tamamilə bağlamağı və Amerikanın bütün mobil rabitə abonentlərinə interner-birləşmə axınını təmin edəcək.
Dekabrın əvvəlində İlon Maskın şirkəti rabitə üzrə Federal komissiyaya (FCC) müraciət edərək, 30 000 belə aparatların buraxılışına icazə istəyib.
Komissiya hələlik orbitə 7500 peykin çıxarılmasına icazə verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən































































































