Tanrı mənim içimdə, mən Tanrımdan qaçmadım...

Tanrı mənim içimdə, mən Tanrımdan qaçmadım...

Hazırda oxunan: Tanrı mənim içimdə, mən Tanrımdan qaçmadım...

95946
İblisin insanlığın məhvinə tökdüyü göz yaşları 








Arzularım dolandı
Kilsələrdə xaçlara.
Düyünlədi bəxtimi
Ulu tanrım saçlara.

Mən insanam 
Xaç atası, xaçına dolama məni..
Kor ərəb saqqalına, saçına dolama məni..
Tanrı, kaş məni bölməyəydin
millətlərə, dillərə.
Məni qaytar o dünyasız illərə..

Mən insanam,
fəsillərə bölünmüşəm
İnsanlıqdan uzaq düşmüş
nəsillərə bölünmüşəm...

Azadlığım çərçivəsiz, sərhədsiz...
Ölkələrsiz, şəhərsiz
Top səsiylə oyanan səhərsiz...
Savaş - savaş qocalmışam
Şəhid - şəhid ucalmışam...

Sən demə, alma boyda nəfsimi qan yuya bilərmiş, Tanrım!
Deyəsən bu insanlar cənnətdən gülüşümü 
duya bilirmiş, Tanrım!

Günəş oldum doğuldum
Gecələr aya döndüm.
Gah lap həyasızlaşıb
Məcrasızlaşmağımla
Mənsəbsiz çaya döndüm...

Gah da dilsiz daş kimi
Çəpərlərə qatıldım.
Sonda məhbusluğumdan
Azadlığa satıldım.

Çərçivəyə sığmadım
Sərhədi keçdim artıq.
Əsir düşdüm dillərə
Azadlığın ömürlük
Suyundan içdim artıq.

Qaçdım bütdən, heykəldən
Tanrıya əl açmadım. 
Tanrı mənim içimdə
Mən Tanrımdan qaçmadım.

Qaçdım bəndələrindən
İblis çıxdı önümə
İblislər çökür dedi.
Bütün pisliklər artıq
insanlığın məhvinə 
Göz yaşı tökür dedi..

İnsan oğlu İblisi
ağlatmağı bilirmiş.
Sildim göz yaşlarını
Söyləsinlər ki, adam
qovuşub insanlığa
göz yaşları silirmiş.

Tanrı, öz adamına
Qaytar insanlığını.
Məhv elə yer üzündən
Tükənən insanlığın
Qəbiristanlığını.

Tanrı, qaytar
Qaytar mənə insanlığı 
Zülmətsiz.
Qaytar mənə insanlığı 
Cəhənnəmsiz, cənnətsiz...

Emin Akif
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO