Məhəmmədəmin Rəsulzadə böyük dövlət xadimi olmaqla yanaşı, həm də ədəbiyyatşünas və publisist idi. Onun yazarlıq fəaliyyəti çox məhsuldar olub. Ümumilikdə, yüzlərlə məqaləsi 30- yaxın dərgi və qəzetlərdə çap olunub.
Rəsulzadə yazılarında Azərbaycan, türk dünyası, Qədim Şərqin tarixinə, dövlətçilik ənənələrinə aid bir çox məqamlara toxunub. Həmçinin, Orta Əsrlər Azərbaycanının (həmçinin, Şərqinin və türk dünyasının) tarixi şəxsləri haqqında faktlarla zəngin maraqlı yazılar yazıb. Ən vacibi odur ki, o, yazılarında bəhs etdiyi tarixlə yaşadığı dövrün siyasi-ictimai proseslərini ustalıqla əlaqələndirə bilirdi. "Bolşeviklərin Şərq Siyasəti"xa0 adlı kitabında Şah İsmayıl Xətai ilə bağlı yazdıqları da buna əyani sübutdur:
“İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, butün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl dövlət qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir "İran sülaləsi" sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə bir türk sufisi və Azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri (dini nəğmələri) rəsmi hüdudların çox irəlilərində belə türk topluluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı Azərbaycan türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şerdə Xətai təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi Türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar”x9d deyə xitab edirlərdi. Bu dövrdəki şairlər yalnız “Taclı türk”x9də deyil, onun da xitab etdiyi əsil türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Sonralar İran ideolojisi deyə bəllənən şiəlik bu xüsusda əzlərinə mane olmurlardı. Əksinə, bu, onların türkçülüyünü gərəkləndirirdi. Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır. Sadə Azərbaycan deyil, bütün türk mədəniyyətinin bu böyük işıldağı məşhur “Bəngü-badə”x9dsini şəxsən Şah İsmayıla ithaf etmişdir. Füzuli türkçülüyünün məşhurluq vəsiqəsi “Divan”x9d dibaçəsi ilə “Leyli və Məcnun”x9d müqəddəməsindən məlumunuz olsa gərəkdir. “Rumlu dostlarının”x9d tövsiyyəsi üzərinə Leyli və Məcnun hekayəsini gözəl bir türkcə ilə yaradan şairin həsbi-halını bilirik."
Hazırladı: Elmin Nuri
































































































