"50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən işini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilir".
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi -2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi" adlı müzakirələr zamanı deyib.
O bildirib ki, Xəzərin gələcəyinə dair birgə fəaliyyət proqramlarının hazırlanmasına daha böyük diqqət yetirilməlidir:
"Dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət qazanır".
Deputat əlavə edib ki, 2007-2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur çoxillik normaya nisbətən 1.3 dərəcə artıb:
"Yalnız 2025-ci ildə artım 1.8 dərəcə təşkil edib. Son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44.2 dərəcə, 2025-ci ildə isə 42.9 dərəcə olub. Xəzərin səviyyəsinin gələcək dəyişməsi ilə bağlı elmi proqnozlar da xüsusi diqqət tələb edir.
Əgər su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən -30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran-Şabran zonasında 4-5 kilometr, Sanqaçal-Ələt zonasında 10-12 kilometr, Lənkəran-Astara zonasında isə 2-3 kilometr təşkil edə bilər".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:45 / 08.09.2026
Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Hazırda oxunan: Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Hazırda oxunan: Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"
635405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































