Üç ölkə belə birləşir: region üçün mühüm həmlə

Üç ölkə belə birləşir: region üçün mühüm həmlə

Hazırda oxunan: Üç ölkə belə birləşir: region üçün mühüm həmlə

635411

Çini Qırğızıstan vasitəsilə Özbəkistanla birləşdirəcək dəmir yolu layihəsində tikinti işləri davam edir.

Bizim.Media “globalinfo.az”a istinadən xəbər verir ki, uzunluğu 500 kilometrdən çox olacaq dəmir yolu xətti Çindən başlayaraq Qırğızıstanın dağlıq ərazilərindən keçəcək və Özbəkistanın Əndican şəhərinə qədər uzanacaq.

Məlumata görə, xəttin həm yük, həm də sərnişin daşımalarında istifadəsi nəzərdə tutulur.

Dağlıq relyef səbəbindən xətt üzrə 27 tunel və 43 körpünün, həmçinin 20 dəmir yolu stansiyasının inşası planlaşdırılıb.

Layihənin tamamlanması ilə Çin və Özbəkistan arasında Qırğızıstan üzərindən birbaşa dəmir yolu bağlantısının yaradılması və regionda yeni nəqliyyat dəhlizinin formalaşması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO