
- A-
- A
- A+
ADNSU-da yeni "Bərpa olunan enerji" laboratoriyası açıldı - VİDEO
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bərpa olunan enerji” laboratoriyasının açılışı keçirilib.
Bizim.Media xəbər verir ki, ADNSU və BP şirkətinin birgə təşəbbüsü ilə ərsəyə gələn müasir laboratoriyanın açılış mərasimində universitet rəhbərliyi, aidiyyəti qurumların və tərəfdaş təşkilatların nümayəndələri, müəllimlər, tələbələr, eləcə də media nümayəndələri iştirak edib.
Açılış mərasimində laboratoriyanın imkanları təqdim edilib, onun tədris prosesində və tələbələrin praktiki bacarıqlarının inkişafında rolu barədə məlumat verilib.
Tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və BP şirkətinin Xəzər regionunda kommunikasiya ve xarici əlaqələr üzrə vitse-prezidenti, Bəxtiyar Aslanbəyli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxış ediblər.
Ətraflı videosüjetdə:
Fəridə, İntiqam İbrahimov, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































