Salvadorun paytaxtı San-Salvador həbsxanalarından birində “Barrio 18”x9d cinayətkar birliyinin fraksiyaları arasında baş verən münaqişə nəticəsində 14 nəfər ölüb.
“La Jornada”x9d nəşri xəbər verir ki, insidentdə “Cənub”x9d və “İnqilabçılar”x9d fraksiyaları iştirak edib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ölənlərin meyitləri zibil konteynerlərində aşkarlanıb. Təhqiqata başlanılıb.
Həbsxanaların Baş Direktorluğunun rəhbərliyi ehtimal edir ki, zorakılığa cinayətkarların öz sıralarını təmizləməsi istəyi səbəb olub. “Barrio 18”x9d “Mara Salvatruça”x9d ilə birlikdə Salvadorda ən təhlükəli banda hesab olunur.(APA)





































































































