"Dünya azərbaycanlılarının İmam Hüseynə aid olmaqdan başqa bir kimliyi yoxdur" - Ərdəbilin imamı 

Hazırda oxunan: "Dünya azərbaycanlılarının İmam Hüseynə aid olmaqdan başqa bir kimliyi yoxdur" - Ərdəbilin imamı 

88623

“Şah İsmayıl Səfəvinin məqbərəsindən İmam Hüseyni, onun Əhli-beyti və səhabələrini sevən və əzadarlıq edən bütün dünya azərbaycanlılarına təşəkkür edirəm. Dünya azərbaycanlılarının kimliyi sırf İmam Hüseynə aid olmaqdan ibarətdir”.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın dini rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Həsən Ameli cümə namazı xütbələrində deyib.

Azərbaycanlıları qərəzli şəkildə “azərilər” adlandıran əyalət mollası İranın dünyadakı bütün azərbaycanlılara “hərəkət istiqaməti” müəyyən edəcəyini iddia edib.  

“Azərilər İmam Hüseyn ilə tanınır və “azəri” dili də mərsiyə dilidir. Sionist rejimlə problemi olmayan hər hansı bir azəri şiəsinin qətiyyən şiə kimliyi yoxdur”,-deyə o, əsassız fikirlər səsləndirib.  

Ameli həmişəki kimi təhdid səsləndirməkdən də çəkinməyib: “İsrailə qarşı öz ölkəsindəki şiələrin nifrətinin ifadəsi ilə mübarizə aparan və uşaq qatili rejimi dəstəkləyən müsəlman dövlətlərinin liderləri yəhudilərin taleyindən dərs almalıdırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO