Rusiya Krıma qoşun yeritdi

Rusiya Krıma qoşun yeritdi

Hazırda oxunan: Rusiya Krıma qoşun yeritdi

86356

Rusiya Ukraynaya qarşı müharibəyə göndərmək üçün Hərbi Hava Desant Qüvvələrinin batalyon-taktiki qrupunu Krıma göndərib.

Bizim.Media “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib.

"Biz bilirik ki, hava-desant qoşunlarının batalyon-taktiki qrupu bərpa edildikdən sonra Krıma daxil olub və bundan sonra Ukraynanın cənubuna doğru irəliləyəcək. Onlar hava hücumundan müdafiə sistemini gücləndiriblər, anlayırlar ki, təhlükə var”, - Skibitski bildirib.

Onun sözlərinə görə, S-300 və S-400 zenit-raket kompleksləri üçün raketlər Krıma təyyarə ilə çatdırılır.

"Hərbi kəşfiyyat işğal olunmuş ərazilərin, Krım yarımadasının, Qara dənizin hava məkanı ilə bağlı hər şeyi daim izləyir. Çünki bu, bizim üçün təhlükədir. Birinci təhlükə taktiki ordu aviasiyasından istifadədir. Hərbi yüklər daim Krıma daşınır”, Ukrayna Baş Kəşfiyyat İdarəsindən bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO