“Azərbaycan iqtidarının bəzi uğurları Pirr qələbəsidir”x9d

“Azərbaycan iqtidarının bəzi uğurları Pirr qələbəsidir”x9d

Hazırda oxunan: “Azərbaycan iqtidarının bəzi uğurları Pirr qələbəsidir”x9d

84143

Sərdar Cəlaloğlu: “Ölkədə idmanın inkişafı ilə bağlı səsləndirilən fikirlər əsassızdır”x9d

 

ADP sədri Sərdar Cəlaloğlu ölkə gündəmi ilə bağlı “Hürriyyət”x9d qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

 

Əvvəli burda: //moderator.az/index.php?xeber=83582

 

-Avropa Oyunları ərəfəsində siyasi məhbuslarla bağlı əfv sərəncamının veriləcəyi gözlənilsə də, bu gözlənti özünü doğrultmadı. Sizcə hakimiyyətin I Avropa Oyunları ərəfəsində belə bir əfvə imza atıb əlavə xal qazanmasına nə mane oldu?

 

-Biz I Avropa Oyunaları ərəfəsində əfv fərmanının veriləcəyini, müəyyən insanların azad ediləcəyini gözləyirdik. Amma bu baş vermədi. Hökumət belə qərara gəldi ki, bu insanları həbsxanada saxlamaq lazımdır. Hesab etdilər ki, Avropa Oyunlarının xətrinə Qərb liderləri Bakıya gələcək. Görünür, kimsə prezidentə də səhv informasiya vermişdi. Məlum oldu ki, Qərb ilk növbədə bu oyunların statusunu aşağı saldı. Özlərinin gəlməmələri üçün zəmin hazırladılar. Eyni zamanda, gəlməməklə hakimiyyətə beynəlxalq administrasiya ilə hesablaşmamağın qiymətini anlatdılar. Anlatdılar ki, sən əgər beynəlxalq administrasiyanın rəyi ilə hesablaşmarsansa, o zaman indiki kimi ağır vəziyyətə düşərsən.

 

-Sizcə Qərb liderlərinin Bakıya gəlməməsinə təsir edən daha hansı amillər oldu?

 

-Mənim öz qənaətimcə Avropa liderlərinin Bakıda oyunlara gəlməməsinin digər bir səbəbi də Putinin ölkəmizə gəlişi oldu. Putinin apardığı siyasət dünya ldierləri tərəfindən birmənalı şəkildə qəbul edilmir. Buna görə də, dünya liderləri Putinlə bir yerdə olmaqdan çəkinməyə çalışırlar. Putin özü necə davrandı? Yarışlara yarım saat qalmış gəldi. Rusiyanın tanınmış idmançılarının bir çoxu bu yarışlara gəlmədi və s. Faktiki olaraq Putinin Bakıya gəlişi də Azərbaycana başucalığı gətirmədi. Çünki bu gün Putinin özünə münasibət olduqca pisdir. Biz müsbət mənada yalnız Ərdoğanın yarışlarda iştirakını dəyərləndirə bilərik. O isə qardaş ölkənin təmsilçisidir. Bu baxımdan, Ərdoğanın gəlişi də dünyada ciddi bir hadisə kimi qəbul edilmədi. Çünki bütün dünya bilir ki, Azərbaycan və Türkiyə qardaşdır və hər zaman bir-birlərinin xeyrində, şərində iştirak edəcək.

 

-Necə hesab edirsiniz, hakimiyyət I Avropa Oyunlarından lazımi siyasi divident əldə etdimi?

 

-Müxalifət iddia edirdi ki, iqtidar bundan siyasi divident əldə edir. Amma məlum oldu ki, hakimiyyət həmin siyasi dividenti əldə edə bilmədi. Əksinə, iqtidar və Azərbaycanla bağlı sərt mövqelər otaya qoyuldu. Hansı ki, son dövrlər bu qədər kəskin mövqe ortaya qoyulmamışdır. Bu mövqe o qədər kəskin oldu ki, hakimiyyət açıq şəkildə Novruz Məmmədovun və başqalarının dili ilə bildirdi ki, Azərbaycan Avrasiya İttifaqına gedə bilər, Avropa Şurasından çıxa bilər və s. Düşünürəm ki, Avropa Oyunlarının başa çatmasından bir müddət sonra, yəni proses tam başa çatdıqdan sonra yaranmış vəziyyətdən çıxış edərək bu oyunlar və onun nə dərəcədə ölkəmizə xeyir gətirməsi ilə bağlı qəti fikir yürüdə bilərik. Engelsin belə bir deyimi var. O deyir ki, itimai-siyasi proseslər sonluğuna çatmayana qədər heç kim bu proseslərin nədən ibarət olduğunu və nə ilə nəticələndiyini deyə bilməz. Çünki ictimai-siyasi proseslər alternativli inkişaf tendensiyasına malikdir. O yalnız başa çatana yaxın alternativlikdən məhrum olur. Necə ki, başa çatmayıb, o, istənilən istiqamətdə inkişaf edə, yön dəyişə bilər. Ola bilsin ki, oyunlar başa çatandan bir müddət sonra biz baxıb görə bilərik ki, bu, Azərbaycana nəhəng divident gətirib. Arzulayaq ki, bu, məhz belə olsun. Ancaq hər halda bu oyunların hesabına Bakının özündə də müəyyən tikinti-quraşdırma işləri həyata keçirildi. Doğrudur, bu tikintilər göz oxşayır, insana xoş gəlir. Amma hər bir şey öz dəyəri ilə ölçülməlidir. Siz köhnə bir binanın üzərinə yeni bir üzlük çəkirsinizsə, o bina gözəl görsənir, amma o xərclə müqayisədə bir eybəcərlikdir. Bir də var ki, siz bir binaya müəyyən vəsait qoyursunuz, gözəl bir bina alınır. Bu, oldu həqiqi gözəllik. Gözəllik yalnız zahiri deyil. Batini gözəllik də lazımdır. Batini gözəllik isə bunun rentabelliyi, effektivliyi ilə ölçülür. Ruslar deyir ki, biz İkinci Dünya müharibəsində qalib gəlmişik. Baxın, Rusiya 50 milyon insan itirib. Yüz minlərlə kənd və şəhəri dağılıb. Hitler də gəlib Moskvanın 20 kilometrliyinə qədər çıxıb. Daha sonra bütün dünya Hitlerə qarşı çıxıb, Hitler məğlub olub. Cəmi 5 milyon alman ölüb. Bu gün isə Almaniya özünü həmin müharibənin qalibi sayan Rusiyaya ağalıq edir. İndi qalib kimdir? Həmin dövrdə verilən itkiləri müqayisə edin və bir də bugünkü vəziyyətə baxın.  Əgər Rusiya həmin müharibədə həqiqətən də qalib gəlmiş olsaydı, o zaman bu qalibiyyətin əlamətləri bu gün də özünü göstərməli idi. Lakin bu gün biz tamam fərqli mənzərəyə şahidlik edirik. Bu gün Almaniya demək olar ki ABŞ-dan sonra ikinci böyük güc və nüfuz sahibidir. Bəs Rusiyanın qələbəsi harda qaldı?

Qələbənin qələbə olması onun dəyəri ilə ölçülməlidir. Yüz adam bir nəfəri öldürsə, demək olarmı ki, o yüz nəfər qəhrəmandır? Demək olmaz. Amma bir nəfər 3-4 nəfərə qalib gəlsə, demək olar ki, o, qəhrəmandır. Ruslar ölkənin və əhalinin yarısını itiriblər, ətdən divar çəkiblər, almanlar bütün mədəniyyət abidələri dağıdıb, qarət edib, ruslar isə bütün dünyanın dəstəyi ilə onları ölkələrindən çıxarıb və daha sonra da deyirlər ki, biz qalib gəlmişik. Bunu sadəcə Pirr qələbəsi kimi dəyərləndirmək olar. Bu cür qələbə ilə isə uzağa getmək olmaz. Azərbaycan iqtidarının da bəzi uğurları Pirr qələbəsidir.

 

-Sizcə külli miqdarda vəsait hesabına I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək də Pirr qələbəsi hesab oluna bilərmi?

 

-Məsələ ondadır ki, həqiqətən də I Avropa Oyunlarının təşkilinə böyük vəsaitlər sərf edildi. Ölkənin maliyyə resursları hesabına Avropa Oyunlarını bu qədər mükəmməl təşkil etmək nəyə lazım idi? Lazımi mütəxəssislər dəvət edilsəydi, bəlkə də bundan 10 dəfə az vəsait hesabına elə bu səviyyədə yarışlar keçirmək olardı. Mən yenə də lateral məntiqlə bağlı bir nümunə demək istəyirəm. Boston olimpiyada keçirməyə namizəd şəhərlər arasında qalib çıxandan sonra çox çətin bir vəziyyətə düşdü. Şəhər olimpiyada keçirməlidir, lakin həm vaxt azdır, həm də şəhərin maliyyə vəsaiti məhduddur. Şəhər bu yarışlara cəmi 90 milyon dollar vəsait ayıra bilər. Halbuki, bunun üçün bu vəsaitdən bir neçə dəfə artıq pul lazımdır. Çox fikirləşəndən sonra Avstraliyadan “Lateral düşüncə”x9d kitabının müəllifi Lebonu Bostona dəvət edirlər.

Lateral düşüncə paralel düşüncə qabiliyyəti deməkdir. Biz adətən problemləri ardıcıl düşündüyümüz üçün müəyyən bir problemə gəlib çatanda onu həll edə bilmir və dayanırıq. Paralel düşünəndə isə düşüncənin biri tıxananda digəri onun yanından ötüb keçir. Lebonun əsas nəzəriyyəsi də bununla bağlıdır. Lebon qısa müddət ərzində təklif verir. Şəhər 90 yox, 60 milyon dollar vəsait sərf etməklə yüksək səviyyədə olimpiyada oyunları keçirir. Boston bu oyunlardan milyardlarla vəsait əldə edir.

Lebon yeni tikililər əvəzinə bəzi köhnə tikililəri rekonstruksiya edir. İdman üçün nəzərdə tutulmayan müəssisələrin profilini dəyişərək yarışa hazır vəziyyətə gətirir. Standart stadionlar əvəzinə küçə və meydanların stadionundan istifadə edir və s. Azərbaycan iqtidarı da oyunları bu cür təşkil etsəydi, o zaman minimum xərclə daha yaxşı nəticəyə nail ola bilərdi. Gələcək üçün də böyük bir perspektiv açılardı.

 

-Azərbaycanda son illər idmanın sürətlə inkişaf etdiyi ilə bağlı fikirlər səslənir. Necə hesab edirsiniz, doğrudanmı Azərbaycan idman ölkəsinə çevrilməkdədir?

 

-Illərdir ki, iqtidar idmana böyük vəsaitlər qoyur. Bütün şəhərlərdə İdman Olimpiya Komitələri tikilib. Lakin diqqətlə baxsanız görərsinzi ki, yarışlarda Azərbaycanı təmsil edənlərin sırasında azərbaycanlı soyadına malik insanlar azlıq təşkil edirdi. Onların xeyli hissəsi, Rusiya, İran və s. ölkələrdən gətirilən idmançılar idi. Onların da çoxu yarışlar zamanı uğur qazana bilmədi. Əgər söhbət Azərbaycanda idmanın inkişafından gedirsə, xaricdən idmançılarıln gətirilməsi nə ilə izah oluna bilər? Xaricdən adam gətirməklə idmanı necə inkişaf etdirmək olar? Xaricdən hansısa idmançının gəlib Azərbaycan bayrağı altında çıxış etməsi hələ Azərbaycan demək deyil. Bunun özü də göstərir ki, dövlət səviyyəsində idmana bu qədər qayğı göstərilməsinə baxmayaraq, ölkədə idman inkişaf etmir.

 

-Onda belə çıxır ki, ölkədə sadəcə nəhəng idman komplekslərinin sayı artır, idmanın inkişafı baxımından isə heç nə dəyişmir?

 

 

Ardı var

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO