Kiyev vilayətində 1346 ukraynalının cəsədi tapıldı - Vilayət polisinin rəhbəri

Kiyev vilayətində 1346 ukraynalının cəsədi tapıldı - Vilayət polisinin rəhbəri

Hazırda oxunan: Kiyev vilayətində 1346 ukraynalının cəsədi tapıldı - Vilayət polisinin rəhbəri

84133

İyulun 17-nə olan məlumata görə, Kiyev vilayətində rus ordusunun əli ilə həlak olmuş 1346 yerli sakinin cəsədi tapılıb, daha 300 nəfər itkin düşüb.

Bizim.Media “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Milli Polisin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov yayıb.

O, bazar günü milli telemarafonun efirində deyib:

"Bu günədək həlak olan 1346 nəfər dinc sakinimiz var. Onların əksəriyyəti odlu silahla öldürülüb".

Nebitov vurğulayıb ki, bu, yekun rəqəm deyil. Onun sözlərinə görə, hazırda 300-ə yaxın insan itkin düşmüş hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO