“Ukraynaya yardım paketilə bağlı razılığa gələcəyik” - Stoltenberq 

“Ukraynaya yardım paketilə bağlı razılığa gələcəyik” - Stoltenberq 

Hazırda oxunan: “Ukraynaya yardım paketilə bağlı razılığa gələcəyik” - Stoltenberq 

80918

“NATO-ya üzv ölkələr Madrid sammitində Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək”. 

Bizim.Media xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib. 

O qeyd edib ki, Madrid sammiti NATO üçün həlledicidir:  

“Bu, bir çox səbəblərə görə tarixi sammit olacaq. İlk növbədə ona görə ki, 30 müttəfiq ölkə Avropada İkinci Dünya müharibəsinin bitməsindən sonra ən ciddi təhlükəsizlik böhranını müzakirə etmək üçün toplaşacaq və bu məsələ ətrafında birləşəcək”. 

Baş katibin sözlərinə görə, sammit zamanı bir çox mühüm qərarlar qəbul ediləcək:  

“İttifaqımızın gələcəyi üçün bələdçi olan yeni strateji konsepsiya təsdiqlənəcək. Biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq. Biz, həmçinin İspaniya və digər cənub müttəfiqləri üçün xüsusilə vacib olan cənub cinahı ilə bağlı mühüm qərarlar qəbul edəcəyik”.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə baş tutacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO