Bütün gözlər Avstryada: OPEK-dən önəmli qərarlar gözlənilir

Bütün gözlər Avstryada: OPEK-dən önəmli qərarlar gözlənilir

Hazırda oxunan: Bütün gözlər Avstryada: OPEK-dən önəmli qərarlar gözlənilir

80455
Bu, neftin qiymətinin düşməyə başladığı 2014-cü ilin iyun ayından bəri OPEK-in ikinci toplantısıdır

Neft bazarında gözlər Neft İxrac Edən Ölkələr Birliyi və ya OPEK-in bu gün Avstriyanın paytaxtı Vyanada keçirdiyi toplantıya çevrilib.

ANS PRESS-in məlumatına görə, təşkilatın hasilat kvotası, düşən neft qiymətləri qarşısındakı mövqeyi, İranın vəziyyəti və Amerika Birləşmiş Ştatlarında artan neft hasilatı iclasın gündəliyində olan məsələlərdir. 

Bu, neftin qiymətinin düşməyə başladığı 2014-cü ilin iyun ayından bəri OPEK-in ikinci toplantısıdır. Ötən ilin noyabrında keçirilən iclasda hasilatda azalmaya getməmək qərarı verən OPEK, 6 aylıq dövr üçün gündəlik orta hesabla 30 milyon barrel hasilat kvotası müəyyən etmişdi. 

Lakin Səudiyyə Ərəbistanı və İraqın neft hasilatını artırması səbəbindən təşkilatın müəyyən etdiyi kvota aşılmış və son dövrdə hasilat gündəlik orta hesabla 31 milyon barrelin üzərinə çıxmışdı.

Düşən neft qiymətləri ilə bağlı növbədənkənar iclasa getməyən OPEK-in 12 üzvündən 7-si hasilatın azaldılmasını gözləyir. Səudiyyə Ərəbistanı da daxil olmaqla 4 ölkə təşkilatın hasilat kvotasını aşağı salmasını istəmir, bir ölkə hələ məsələ ilə bağlı mövqeyini açıqlamayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO