“Apple”x9d şirkəti sosial şəbəkə yaratmaq fikrinə düşüb

“Apple”x9d şirkəti sosial şəbəkə yaratmaq fikrinə düşüb

Hazırda oxunan: “Apple”x9d şirkəti sosial şəbəkə yaratmaq fikrinə düşüb

77594
ABŞ-ın “Apple”x9d şirkəti insanları həyat tərzinə uyğun birləşdirməyə yönələn sosial şəbəkə üçün patent hüququ alıb. Bununla bağlı müraciəti ABŞ-ın Ticarət Markaları və Patentlərin Qeydiyyatı Bürosu qeydiyyatdan keçirib.

“Həyat tərzinə əsaslanan sosial qruplar”x9d (Lifestyle-Based Social Groups) adlanan patent üçün müraciət 2013-cü ilin noyabrında edilib.

Sistem bu şəkildə işləyəcək: istifadəçinin qurğusu onun sahibinin hərəkət istiqamətini və aktivliyi ilə bağlı məlumatları izləyəcək. Bu informasiya əsasında sosial şəbəkə istifadəçiyə onun vərdişlərinə uyğun sosial qruplar yaratmağı və ya daxil olmağı təklif edə biləcək. Beləliklə, “Sosial qruplar”x9d oxşar həyat tərzinə uyğun insanları tapmaq və xüsusiləşmiş sosial şəbəkə yaratmaq üçün kömək məqsədi daşıyır. Bunun nəticəsində qrup üzvləri məlumat mübadiləsi edə və görüşlər yarada biləcəklər.

Qruplar istifadəçinin sorğusu olmadan anonim əsasda da yaradıla bilər. Bundan başqa, toplanan məlumatlar qurğuya lazımi tapşırığı əvvəlcədən bilməyə və istifadəçinin aktivliyinə və onun olduğu yerə əsaslanan əlavə funksiyalar yaratmağa imkan verəcək, - "Lenta”x9d yazır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO