İŞİD-ə qarşı çıxdılar, rekord qırdılar -  FOTO

İŞİD-ə qarşı çıxdılar, rekord qırdılar - FOTO

Hazırda oxunan: İŞİD-ə qarşı çıxdılar, rekord qırdılar - FOTO

73868
İraqın paytaxtı Bağdadda 5 min adam İŞİD terror qruplaşmasına qarşı mübarizə aparanlara özünəməxsus dəstək göstərib.

ANS PRESS-in məlumatına görə, onlar Ginnesin Rekordlar Kitabına düşəcək qədər böyük olan bayraq nümayiş etdiriblər. Bunun üçün polislərə yaşıl, qırmızı, ağ və qara rəngli 5 min karton paylanılıb. Onların əllərindəki kartonları dəqiq müəyəynləşdirilmiş vaxtda yuxarı qaldırmaqla yüksəklikdən baxanda nəhəng İraq bayrağının görüntüsü yaranır. Ölkənin Daxili İşlər naziri Saad Maan dəstək haqqında açıqlamasında belə deyib: "Biz ruh yüksəkliyi və mənəvi dəstək məqsədilə ölkəmizin bayrağını nümayiş etdirdik".

Yeri gəlmişkən, qeyd edək ki, həmin zaman orada Ginnes Rekordlar Kitabının nümayəndəsi olmadığı üçün qiymətləndirmənin aparılması mümkün olmayıb. Amma Daxili İşlər Nazirliyi Bayrağın Rekordlar kitabına düşməsi üçün Ginnesə şəkil və video yazı göndərəcəklərini deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO