Kiyev vilayətinin işğaldan azad edilmiş şəhərlərində infrastruktur bərpa edilir – FOTO

Hazırda oxunan: Kiyev vilayətinin işğaldan azad edilmiş şəhərlərində infrastruktur bərpa edilir – FOTO

68503

Prezident Volodimir Zelenskinin tapşırığına əsasən, Kiyev vilayətinin azad edilmiş şəhərlərində rus qoşunları tərəfindən dağıdılmış infrastrukturun bərpası istiqamətində işlər sürətlə aparılır.

Bizim.Media “24tv.ua” saytına istinadən xəbər verir ki, bu məlumatı prezident aparatının rəhbərinin müavini Kiril Timoşenko yayıb.

“Borodyankada şəhərin çox hissəsi dağılıb, yəqin ki, dağıntılar altında hələ də insanlar var”, o deyib.

Timoşenkonun sözlərinə görə, Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları ərazidə çalışırlar:

“Xilasetmə işlərinə 50-dən çox mütəxəssis cəlb edilib, tezliklə onların sayı artırılacaq. Bundan əlavə, Brovarski, Buçanski və Vışqorodski rayonlarının 11 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi artıq bərpa edilib.
56 şəhərətrafı və şəhərlərarası avtobuslar öz marşrutları üzrə hərəkət etməyə başlayıblar”.

Timoşenko qeyd edib ki, işğaldan azad edilmiş yaşayış məntəqələrində distant təhsil bərpa olunub.

"Biz insanların mümkün qədər tez normal həyata qayıtması üçün hər şeyi edirik", - Timoşenko vurğulayıb.

“Paralel olaraq, rayonun yol xidməti Buça şəhərinin yollarında asayişi bərpa etmək üçün 19 texnika cəlb edib. Küçələrdən qırılan ağaclar təmizlənir, Rusiya ordusunun hərəkətlərindən zərər çəkmiş avtomobillər təxliyə olunur.

İrpen şəhərinə gedən yolda müvəqqəti keçid tikilir. Paralel olaraq, yaxın vaxtlarda başlanacaq yeni körpünün tikintisinə də hazırlıq gedir. Yeni körpü dağıdılan körpüdən də yaxşı olacaq”, Timoşenko bildirib.
O, qeyd edib ki, Kiyev vilayəti İkinci Dünya Müharibəsindən sonra ən böyük dağıntıya məruz qalıb.

"Biz hər bir şəhəri son daşa qədər yenidən quracağıq", deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO