Ukraynada Rusiyanın Su-34 təyyarəsi vuruldu: Pilot əsir götürüldü - FOTO

Hazırda oxunan: Ukraynada Rusiyanın Su-34 təyyarəsi vuruldu: Pilot əsir götürüldü - FOTO

67802

Xarkov vilayətində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Su-34 bombardmançı təyyarəsini vurub. 

Bizim.Media Ukrayna mediasına istinadla bildirir ki, bu barədə aprelin 3-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

“2022-ci il aprelin 3-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunları Xarkov vilayətində daha bir Su-34 qırıcı-bombardmançı təyyarəsini vurublar”, - məlumatda vurğulanır.

Vurulan təyyarənin pilotunun əsir götürüldüyü də bildirilir.

İlkin məlumatlara görə, müharibə başlayandan Rusiya Ukraynada 11 Su-34 itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO