- A-
- A
- A+
Dünya
10:38 / 09.01.2015
5 dəq oxunma
Qoca qitənin cavan problemləri...
Hazırda oxunan: Qoca qitənin cavan problemləri...
66660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
200 il bundan əvvəl Avropanın “ağıl dəryası”x9d sayıla biləcək fransız diplomat Şarl Taleyranın belə bir ifadəsi vardı: ”x9dMəntiq - ən güclü casusdur!”x9d
Nə qədər təəccüblü də olsa, bəzən müasir dünyanın siyasi elitasında məntiq sarıdan mövcud olan kasadlığın şahidi olmaq zorunda qalırıq. Ötən 2014-cü ilin son ongünlüyündə öz yazılarımda bu barədə söylədiyim və yeni ilin ilk ongünlüyündə artıq Qərbin ən yüksək eşalonlarından sərgilənən bənzər fikirlər siyasət dünyamızın məntiq sarıdan doğrudan da əziyyət çəkdiyini təsdiqləməkdə davam edir...
Son yazımda verdiyim bir-neçə fikri yenidən diqqətinizdə canlandırmaq istərdim:
“XXI əsrin Soyuq Müharibəsi ”“ Avropa Birliyinin siyasi rəhbərlərinin ilk növbədə öz xalqları qarşısında böyük tarixi səhvi idi. Soyuq müharibə həm də böyük geosiyasi bir avantüradır, Qoca Qitənin inkişafını xeyli dala ata biləcək və dünyada sülhün və əməkdaşlığın dayaqlarını zəiflədəcək bir avantüra.“
“Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Avropa ölkələrinə ziyandan başqa bir nəticə verməyəcəkdir. Hətta neftin qiymətinin düşməsi də, son nəticədə Rusiyanın xeyrinə olacaqdır və ABŞ-ın enerji sektorunu yaralayacaqdır. Rublun dəyərinin ucuzlaşması isə, rus neftini daha ucuz və istehlakcı ölkələr üçün daha sərfəli edəcəkdir.“
Böyük Britaniyanın nüfuzlu “The Financial Times”x9d qəzetində yer almış Kristian Oliverin yazısı da yuxarıda sadalanan fikirlərin gerçək ola biləcəyi barədə 2015-ci ilin ilk qaranquşlarındandır. “Corc Soros: Ukraynanı xilas edin ki, Rusiyaya qarşı tab gətirə biləsiniz”x9d adlanan məqalə - Macarıstan əsilli maliyyəçi-milyarderin verdiyi müsahibəyə söykənir.
Corc Soros Qərbin siyasi liderlərini onların Rusiya və Ukraynaya münasibətdə yol verdikləri strateji səhvlərdə günahlandırır. C. Sorosa görə baş vermiş böhran ilk növbədə avrozona üçün ölümcül təhlükə mənbəyi olaraq qalır. Avropanın liderləri Ukraynada baş verənlərə növbəti böhran kimi baxırlar. Ukraynaya maliyyə yardımına ehtiyacı olan bir ölkə kimi yanaşırlar, amma dərk etmirlər ki, Avropa Birliyinin (AB) şərq sərhədlərində baş verən hadisələr nəinki AB-nin iqtisadiyyatı üçün, hətta həyati varlığı üçün böyük təhlükəlidir. Bu böhran AB üçün hətta Yunanıstandakı seçkilərin nəticələrindən və gələcəkdə bu ölkənin avrozonadan çıxa biləcəyindən də qat-qat təhlükəlidir.
“Rusiyaya qarşı sanksiyalar Avropada cücərməkdə olan deflyasiya və resessiyanı artıq reallığa çevirmişdir”x9d. Avropa liderlərinin Rusiyada defoltun baş verməsini gözləməsini məntiqsizlik kimi dəyərləndirən filantropun “Defolt Rusiya ilə bağlı olan Avropa banklarını çökdürəcəkdir”x9d kimi ifadəsi də mövcud dünya böhranının nə qədər qlobal kökləri olduğu barədə düşünməyə vadar edir...
C.Sorosun dediklərindən bəlli olur ki, ABŞ və AB Rusiyaya qarşı sanksiyalarında böyük səhvə yol vermişlər, çünki həmin sanksiyalarla bərabər Ukraynaya 50 milyard dollar həcmində sanballı yardım etmək lazım imiş, amma Qərb 1 milyard yardım ayirmaqda belə qətiyyətsizdir.
C.Sorosa görə Ukraynaya yardım göstərməkdə qətiyyətsizlik göstərən AB-nin mövqeyi ona dəlalət edir ki, Avropa İttifaqı hələ də yaranmış böhranın nə qədər acı nəticələr verə biləcəyinin fərqində deyildir. Onun fikrincə, əgər belə davam edərsə, “AB özü çökəcəkdir”x9d...
“The Financial Times”x9d ın yazdığından belə bir məntiqi nəticəyə gəlmək olar ki, birinci soyuq müharibədən yenicə çıxmış dünyamıza növbəti soyuq müharibə ümumiyyətlə lazım deyilmiş. Ən azından, Avropanın öz geosiyasi maraqları naminə, baş verən hadisələr ”“ absurddur.
Obrazlı götürsək, AB çox güclü mühərriki olan və sürət rekordları vurmaqda davam edən avtomobili xatırladırdı. Amma avtomobili idarə edənlər bir vacib detalı tamam nəzərdən qaçırmışdı. Bu detal ondan ibarət idi ki, yolun ortasında avtomobilin yanacağı qurtara bilərdi və qurtarmalı idi də. Unutmaq olmaz ki, Avropa nə enerji daşıyıcıları, nə də digər mineral ehtiyyatlar sarıdan zəngin olan qitə deyildir və onu idarə edənlər siyasi gedişlərində heç olmasa bunu nəzərə almalı idilər.
Yadınızdadırsa, II Dünya Savaşı zamanı Hitler Almaniyası ilə ittifaqda olan Yaponiyanın da SSRİ-yə qarşı uzun müddət müharəbə elan etməyə cürət etməməsinin bir əsas səbəbi də elə məhz yanacağın qıtlığı problemi olmuşdu...
C.Sorosun fikrincə Rusiyada yaranmış maliyyə böhranı Avropa üçün həm iqtisadi, həm də strateji təhlükə mənbəyi olmaqla yanaşı get-gedə iqtisadi vəziyyəti ağırlaşan Rusiyanı daha aqressiv millətçi siyasət yürütməyə vadar edəcəkdir...
Daha sonra, “Rusiya dünyaya alternativ yanaşma təklif edir ”“ qanunun aliliyi əvəzinə, gücün hökmünü təklif edir”x9d deyən filantropla razılaşmaq çətindir.
Çünki dünya ictimaiyyəti Əfqanıstanda, İraqda, Liviyada, Sudanda, Misirdə, Suriyada və başqa ölkələrdə “gücün hökmü”x9d ilə kimin “demokratiya və stabillik”x9d yaratmaq istədiyini yaxşı bilir. Hər halda, Qərb ölkələrindən fərqli olaraq, BMT-nin sanksiyaları olmadan üçüncü ölkələrdə hərbi təcavüzlərin gerçəkləşdirilməsində Rusiya heç zaman iştirakçı olmamışdır. Ukrayna hadisələrində Rusiyanı adekvat addımlar atmağa vadar edən də, məhz “gücün hökmü”x9d ilə Ukraynada dövlət çevrilişi edən qüvvələr olmuşdur.
Lakin məntiq gec də olsa öz işini görür. 2015-ci ilin ilk həftəsində AB ölkələrinin siyasi rəhbərlərinin bəyanatları XXI əsrin soyuq müharibəsinin uzun çəkməyə biləcəyi təəssüratı yaradır. O biri tərəfdən, bu bəyanatlar Qərbin özündə yaranmış və dərinləşməkdə olan böhranın əks-sədalarıdır.
Məsələn, Fransa Prezidenti Fransua Ollandın “Əgər Rusiyada böhran baş verirsə, bu mütləq bizim üçün yaxşıdır demək doğru deyildir”x9d ifadəsi. Həmçinin, Almaniyanın vitse-kansleri Ziqmar Qabrielin Moskvaya qarşı sanksiyalar Avropanın özündə neqativ nəticələrə səbəb olacaqdır və Rusiyanın siyasi və iqtisadi cəhətdən zəifləməsi bütün dünya üçün çox təhlükəlidir deməsi. NATO-nun Baş Katibi və Avropanın praqmatik siyasətçilərindən sayılan Yens Stoltenbergin alyansın Rusiya ilə birlikdə terrorizmə qarşı mübarizədə bundan sonra da əməkdaşlıqda maraqlı olmasını söyləməsi. Bütün bunlar 2015-ci ilin böyük barış ili ola biləcəyindən xəbər verir.
Qoca Qitə indi özü də yaxşı dərk etməyə başlayır ki, çox ağır yük olan Ukraynanı uda bilməyəcəkdir. İqtisadi böhran Rusiyanı çökdürə bilməyəcəkdir və bu ölkədə rəngli inqilabın meydana gəlməsi ehtimalının ehtimal olaraq qalması daha yüksəkdir. Lakin yaranmış Qərb-Şərq qarşıdurması XXI əsrin iyrənc siyasi avantürası olaraq Avropa və Rusiya xalqlarına, dünya xalqlarına hələ bir zaman ağır anlar yaşadacaqdır.
Görünür, dünyamıza bir az daha çox məntiq, və bir az daha çox tolerantlıq çatışmır və keçən əsrdən miras qalma konservatizm və revanşizm meyilləri hələ də güclüdür. Hər halda, şər deməsən, xeyir gəlməz. Dünyamıza yeni nizamın lazım olduğu aksiomadır. Bu aksiomun adı ”“ sülhdür, bərabərlikdir, dostluqdur, əməkdaşlıqdır...
09 yanvar 2015. Moskva.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































