Zelenskidən ölkəsinin Aİ-yə üzvlüyü ilə bağlı XƏBƏRDARLIQ: “Gecikməyin” 

Hazırda oxunan: Zelenskidən ölkəsinin Aİ-yə üzvlüyü ilə bağlı XƏBƏRDARLIQ: “Gecikməyin” 

66352

Prezident Vladimir Zelenski Avropa İttifaqı (Aİ) üzvləri qarşısında çıxışı zamanı davam edən müharibə və Rusiyaya qarşı müqavimət kontekstində belə bir qərarın gecikməməsi üçün Ukraynanın Aİ-yə qəbulunu təxirə salmamağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu fikirlər Ukrayna dövlət başçısının Avropa İttifaqı Şurasına müraciətində öz əksini tapıb. 

"Avropa İttifaqı, sizə təşəkkür etmək istəyirəm, bizim ətrafımızda birləşdiniz. Amma mən demək istəyirəm ki, bu və ya digər şəkildə nələr edilib.

Amma bir daha: əsas odur ki, siz birləşdiniz və biz bunu həqiqətən yüksək qiymətləndiririk. Siz sanksiyalar tətbiq etdiniz, minnətdarıq - bunlar güclü addımlardır. Amma bir az gec idi, çünki qabaqlayıcı tədbir olsaydı, onda Rusiya müharibəyə getməzdi. Ən azından şans var idi”, - Ukrayna lideri vurğulayıb. 

“Şimal axını 2”-ni blokladınız. Sizə minnətdarıq və bu da doğru addımdır. Amma bu da bir az gec oldu. Axı vaxtında olsaydı, Rusiya qaz böhranı yaratmazdı. Ən azı - belə bir şans var idi. İndi isə Ukraynanın Avropa İttifaqına üzvlüyünə hazırlaşırıq. Nəhayət, burada sizdən xahiş edirəm - gecikməyin, xahiş edirəm.

Çünki bu ay siz bu iki dünyanı müqayisə etmisiniz və görürsünüz ki, kim nəyə dəyər. Və Ukrayna yaxın gələcəkdə Aİ-də olmalıdır. Ən azından bunun üçün hər şeyiniz var. Bizim isə bu şansımız var”, - Zelenski bildirib. 
Prezident Aİ-yə üzv ölkələrin Ukraynanı qəbul etməyə hazır olmasından da danışıb. 

“Litva bizi dəstəkləyir, Latviya bizi dəstəkləyir, Estoniya, Polşa bizi dəstkləyir, Fransa, inanıram ki, siz bizi dsətəkləyəcəksiniz, Sloveniya bizi dəstəkləyir, Slovakiya, Çexiya bizi dəstkləyir, Rumıniya - bilir ki, belə bir ləyaqət, ona görə də həlledici anda bizi dəstkələyəcək, Bolqarıstan, Yunanıstan inanıram ki, bizi dəstkləyir, Almaniyanın dəstəyini bir az gec bildim. 

Ukrayna lideri həmçinin əlavə edib ki, Portuqaliya, Xorvatiya, İsveç, Finlandiya, Niderland, habelə digər ölkələr Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO