Həbsdəki jurnalistlər azadlığa buraxıla bilərlər

Həbsdəki jurnalistlər azadlığa buraxıla bilərlər

Hazırda oxunan: Həbsdəki jurnalistlər azadlığa buraxıla bilərlər
66191
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Misirin baş məhkəməsi Səhv xəbər yaymaqda təqsirli bilinın Əl-Cəzair telekanalının üç əməkdaşının işinə yenidən baxacaq. 

ANS PRESS-in məlumatına görə, qərar Qahirədə, Peter Greste, Məhəmməd Fəhmi və Bahir Məhəmmədin hökmə qarşı apelyasiya şikayətindən sonra verilib.

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları rədd edirlər. İttihamlardan biri, fəaliyyətinə qadağa qoyulan "Müsəlman Qardaşları" ilə əməkdaşlıq etməkdir. Jurnalistlər adıçəkilən təşkilatla heç bir əlaqələrinin olmadığını, sadəcə xəbərləri yaydıqlarını bildiriblər.

Məhkumların vəkilləri mediaya açıqlamalarında bildiriblər ki, prokurorluq hökmün problemli olduğunu etiraf edib. Yeni məhkəmə prosesi bir ay ərzində başlayacaq, lakin onlar bu müddət ərzində həbsdə qalmalıdır.

Əl-Cəzair hakimiyyəti Misir dövlətini jurnalistlərini tezliklə azadlığa buraxmağa çağırıb. 

Jurnalistlərdən ikisi xarici vətəndaşlardır. Keçmiş BBC müxbiri Peter Greste avstraliyalıdır, onun prodüseri Məhəmməd Fəhmi isə Misir və Kanada vətəndaşıdır.

2013-cü ilin dekabr ayında həbs olunan jurnalistlər artıq bir ildən çoxdur ki, həbsdədirlər. İyun ayında verilən məhkəmə qərarına görə Fəhmi və Greste 7, Məhəmməd isə 10 illik həbs cəzası alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO